Bu cür baxışın keçirilməsinin əsas məqsədi uçuş normalarından kənarlaşdırma səbəblərinin olub-olmamasını müəyyən etməkdir. Məsələn: əgər arı ailələri uçmursa, o deməkdir ki, ya uçuş bacası ölmüş arılarla bağlıdır və ya arılar zəifləyib və pətəkdən çıxmağa gücləri qalmayıb. Ehtimal var ki, ailə ölüb. Əgər arılar zəif uçursa, məsələnin nə yerdə olduğunu müəyyənləşdirmək lazımdır. Bütün hallarda ailələrə baxış keçirdikdən sonra onlara dərhal köməklik göstərmək və yaranmış nasazlıq səbəblərini aradan qaldırmaq lazımdır.
Arıların uçuş zaman cingiltisini eşitdikdə uçan erkək arıların səsinin olub-olmamasına diqqət yetirmək lazımdır. Erkək arılar anasız qışlamış arı ailələrinin arasında da ola bilər. Onlar qışda erkəkləşmiş anaların yumurtaladığı yumurtalardan doğula bilər.
Birinci halda bu, normal erkək arılar olacaq, ikinci halda isə arı qovuqcuqlarında doğulan cırtdan erkək arılar olacaq (onlar erkək arılardan balacadır).
Arıların nə isə axtardığını görsəniz, ailədə ananın olub-olmamasına fikir vermək lazımdır. Bu baxış ən çoxu 10 dəqiqə çəkməlidir. Baxışın uzun çəkməsi sürfənin soyuqlaması, nəticədə ailənin zəifləməsi və arı oğurluğuna səbəb ola bilər.
Arıların olduğu çərçivələrin sayını müəyyənləşdirin (Şəkil 1.4).
Əgər artıq çərçivələrdə bal varsa, onları götürün və onları saxlamaq, həmçinin boşlarını çıxartmaq lazım olub-olmadığını müəyyən edin.
Arı nəcisi ilə çirklənən, həmçinin kiflənmiş bütün çərçivələri çıxardın. Çox vaxtı kiflənmə aşağıdan olur. Əgər kiflənmə çox deyilsə, şanın həmin hissəsini kəsmək lazımdır.
Hər ailədə şanların birində balı möhürləyin.
Arı ailələrinin üzərinə qonduğu çərçivələri götürmək olmaz. Ailədə arılar üç sürfə çərçivəsi olan 8 çərçivənin üzərinə qonarsa, onda həmin ailənin vəziyyəti yaxşı olur.
Qeyd: çərçivə pətəkdən bu qayda ilə çıxarılır - öncə arıçı iskənəsi ilə çərçivəni yerindən oynadın. Sonra çiyinlikdən çərçivə iki əl ilə tutularaq ehtiyatla yuxarı qaldırılır. Çərçivə çıxarılarkən arıları əzməməlidir. Pətəkdən çıxarılmış çərçivə dik saxlanmalıdır. Əks halda yeni gətirilmiş nektar həddindən artıq duru olduğundan nektar axa bilər və bundan başqa, şan tamamilə qopub düşə bilər. Çərçivənin o biri üzünə baxmaq üçün o çevirilməli və yenə də əvvəlki kimi dik vəziyyətdə saxlanılmalıdır. Çərçivənin yastı şəkildə bır tərəfdən digər tərəfə çevrilməsi məsləhət görülmür (Şəkil 1.5).