Gənələr işçi, erkək və ana arılar, arı sürfələri və puplara ziyan verir (Şəkil 12.24). Gənənin inkişafı arı ailəsinin biologiyası ilə sıx əlaqəlidir. Gənələrin cütləşməsi arıların artımı ilə bağlıdır. Arı sürfəsində gənələr artır Gənə dişiləri arı ailəsində arıları iflic edərək qışlayır. Yazda gənə dişinin yumurta qoyması üçün o, bir müddət arı sürfəsinin hemolimfası ilə qidalanmalıdır. Gənənin yayılması (Şəkil 12.25).
Arı ailəsində parazitlərin olması yuvada mikroiqlim və keyfiyyətli yem - sürfələr və yaşlı arıların hemolimfasından asılıdır. Buna səbəb arılarda parazitlərə qarşı qorunma mexanizminin olmamasıdır. Arıların inkişaf dövrünə nisbətən parazitin qısa inkişaf dövrü dişilərə arı və erkək arı qovuqcuqlarında tam artımı bitirməyə imkan verir. Bu isə ailədə parazitin tez yığılmasına səbəb olur.
Varroa gənəsi bal arılarının bütün fərdlərinə uyğunlaşıb.
Patoqenez arı ailələrinin vəziyyəti və invazion dərəcəsindən asılıdır. Gənələr sürfədə gec inkişaf edir, sürfələr və pupların qemolimfası ilə qidalanır, nəticədə isə onların orqanizmini zəiflədərək zülal xəstəliyi əmələ gətirir. Sağlam arılardan fərqli olaraq arıların puplarının çəkisi 3-6 milliqrama düşür, yaşlı və erkək arıların çəkisi isə 20-dən 14 faizə qədər azalır.
Xəstəliyin əlamətləri - pupların ölümü müşahidə olunur, yararsız arı və erkək arılar doğulur, gənc arılarda qanad və ətraflar olmur, sinə və qarın formasını dəyişir. Pətəyin altlığı və uçuş taxtasında atılmış sürfə və puplar olur. Uça bilməyən xəstə arılar düşür və arıxana ərazisində sürünür.
Yeni doğulan arılarda bir-iki dövrəyə çevrilən inkişaf etməyən qanadları olur (Şəkil 12.26). Qanadlar və gövdəsi şabalıdı rəngli baramanın qırıntıları ilə örtülür. Erkək arılar dişilərlə cütləşə bilmir. Erkək arılar arasında 40 faizə kimi eybəcər arılar olur (Şəkil 12.27).
1 - pupda,
2 - yaşlı arıda,
3 - varoz zamanı qanadların eybəcərliyi.
Xəstə ailələrdə anaların məhsuldarlığı azalır. Arıların təlaşlanması səbəbindən ana yumurtalamağı çox gec qurtarır. Yoluxmuş arıların yaşama müddəti azalır. Yazda ailələr pis inkişaf edir, bal yığımı zamanı lazımınca fəal iştirak etmir. Xəstəliyə bərk yoluxmuş arı ailələri öz pətəklərini tərk edə bilər.