1 - Göbələyə yoluxmuş sürfə;
2 - Ölü pup;
3 - Perisistis Apis göbələyin ümumi görüntüsü.
Xəstəliyin əlamətləri - askosferoz yalnız yaz və yayda arı ailəsində sürfə olduğu vaxt yarana bilər. İlk növbədə temperatur rejimi saxlanılmayan zəif ailələr bu xəstəliyə yoluxur. Qovuqcuqlarda mumiyalanmış sürfələr olur. Onları qovuqcuqlardan asanlıqla götürmək olar və bir neçə çərçivə çıxarıldıqda onları yerdə görmək olar və ya yuvanın mərkəzinin altından altlığı görmək üçün çərçivələri aralayırlar. Xəstə sürfələr elastikliyini itirir, sarımtıl ağ, sonra açıq-sarı rəngli bərk kütləyə çevrilib şan gözcüyünün dibində sərbəst yerləşir. Havalar uzun müddət soyuq və yağmurlu keçdikdə, uzun müddət antibiotik işlədildikdə zəif ailələr bu xəstəliyə daha çox tutulur. Möhürü açılmamış, içərisində qurumuş sürfə olan gözcüklü çərçivələri silkələdikdə səs eşidilir. Möhür açıldıqdan sonra çərçivələri silkələdikdə qurumuş sürfələr tökülür. Pətəyin içərisinə tökülmüş quru sürfələr işçi arılar tərəfindən çölə daşınır. Pətəklərin qarşısı və uçuş bacası ətrafında belə sürfələri asanlıqla görmək mümkündür (Şəkil 12.17).
Diaqnozu - xəstəliyə diaqnoz klinik əlamətlərinə və müayinənin nəticələrinə əsasən qoyulur.