Avropa çürüməsinin törədiciləri uzun müddət ətraf mühitdə həyat qabiliyyətini qoruyub saxlayır (Şəkil 12.7).
1 - Sağlam;
2 və 3 - Xəstə sürfələr;
4, 5 və 6 - Öz yerlərini dəyişən ölü sürfələr;
7, 8 və 9 - Ölü sürfələrin qurudulması;
10, 11 - Ölü və qurudulmuş sürfələrin nazik qabığı.
Yaşama müddəti və dözümlülük törədicinin növü, forması (vegetativ, sporlu), temperatur, havanın rütubəti və ətraf mühitin digər amillərindən asılıdır. Bir növün müxtəlif ştamların yaşaması və davamlılığı fərqli ola bilər.
Məsələn, streptococcus pluton həyat qabiliyyətini şanda 2 ay, güləmdə isə 1 il saxlayır.
Bacillus alveia sporlarının yüksək həyat qabiliyyəti olur. Axar buxarın təsiri (100°C) altında onlar 30 dəqiqədən sonra ölür. Mumda 120°C temperaturda sporlar 2 saatdan sonra ölür. Bacillus pluton sporları da, həmçinin ətraf mühit və temperatura qarşı bu cür davamlılığı ilə seçilir.