12. Arıların yoluxucu xəstəlikləri
Arıların yoluxucu xəstəlikləri infeksion və invazion xəstəliklərə bölünür. Yoluxan xəstəliklər bir ailədən digərinə, bir arıxanadan başqa arıxanaya keçib yayıla bilir.
Yaşlı bal arıları, onların sürfələri və puplarında rast gəlinən təhlükəli xəstəliklərin əksəriyyətinə müxtəlif virus, riketsiya, mikroplazma, bakteriya, göbələk və yosunlar səbəb olur. Xəstəlik törədicilərindən asılı olaraq xəstəliklər aşağıdakı növlərə bölünür: viruslar (törədicilər - viruslar), rikketsiozlar (törədicilər - rikketsiyalar), mikroplazmozlar (spiroplazmozlar) (törədicilər - mikoplazmozlar və spiroplazmozlar), bakteriozlar (törədicilər - bakteriyalar və ya basillalar), mikozlar (törədicilər - göbələklər), mikotoksikozlar (törədicilər - zəhərli - toksinli göbələklər), alqozlar (törədicilər - bitkilər). Onlar yüksək kontaqiozluğu (yoluxma) ilə səciyyələnir, yəni təmas vasitəsi və digər keçmə yollar ilə xəstəlik törədiciləri yoluxmuş bitkilərdən sağlamlara keçməsi nəticəsində yayılır.
Arı xəstəlikləri ailənin inkişafına maneə törətməklə, məhsuldarlığı azaldır. Bu, arıçıların qarşısında duran çox vacib bir problemdir. Bu baxımdan, arıçılar arı xəstəliklərini tanımalıdırlar. Xəstəliklərin yayılma yolları: hər hansı bir invazion və ya infeksion xəstəliyin ilk mənbəyi xəstə arı ailəsidir.
Xəstə arıxanadan sağlam arıxanaya hər hansı xəstəlik aşağıdakı yollarla yayılır:
12.1. Viruslar
Başqa canlılar kimi arılar da, virus xəstəliklərinə həssasdır. Xəstəliyin inkişafının səbəbləri, şəraiti və ümumi nümunələri haqqında məlumatlar arı ailələrinin infeksiyasının nəticələrinin minimuma endirilməsinə kömək edəcəkdir.
Yaşlı və imaqinal formalarından əvvəl (sürfə və pup) olan arıların infeksion xəstəlikləridir. Hamıya məlumdur ki, viruslar şərti - patogenlik törədiciləridir, yəni onların orqanizmə təsiri üçün orqanizm xəstəliklərə qarşı həssas olmalı, yəni o, nə ilə pozulmalıdır. Viruslar orqanizmin xəstəliklərə qarşı dözümlülüyünü azaldan xarici amillərin təsiri altında yaranır. Orqanizmində olan müxtəlif törədicilərin sinerqizmi (birgə təsiri) və antaqonizmi (əks təsiri) xəstəliyin büruzə verilməsində mühüm rol oynayır.
Yayılmış yoluxucu xəstəliklər arasında kisəyəoxşar sürfə xəstəliyi geniş yayılıb - arı sürfələrinin xəstəliyidir, ölü yaşlı sürfələrin daxili toxumları mayalı, dərisi isə kifayət qədər qalın olmağı ilə səciyyələnir, bu səbəbdən də onu künclərindən maqqaşla götürdükdə o, kisə kimi sallanır.