Balın qıcqırması onun üzərində durmadan qaynayan köpüyün əmələ gəlməsidir (Şəkil 1.4). Qara yuva şanlarından alınan balın daha tünd rəngi olur, lakin sürfə şanlarından alınan balın tərkibində çoxlu çiçək tozu (güləmi) olur, bu da onun süzülməsini çətinləşdirir və şəffaflığını azaldır. Bundan başqa, sürfələr olan ballı şanları da süzmək olmaz. Bu cür bal satışa buraxılmır. Bu səbəbdən çərçivələri pətəkdən götürdükdən dərhal sonra soyumamışdan əvvəl süzmək məsləhətdir. Belə ki, tərkibində suyun miqdarı 18 faiz olan balın axıcılığı 25 faiz su olan balın arıçılığından 6 dəfə artıqdır. Buna görə də axıcılıq balın yetişməsini təyin edən əsas göstəricilərdən biridir.
1.1. Bal süzümünə hazırlıq
Balsüzəni 25-30 santimetr hündürlükdə elə qurmaq lazımdır ki, (Şəkil 1.5) (işçinin boyundan asılı olaraq), onun qulpu işçinin dirsəyi səviyyəsində olsun. Balsüzənin altında vedrə (və ya bidon) üçün kifayət qədər yer olmalıdır ki, balsüzən kranından bal düz ora süzülsün. Balsüzəni elə qurun ki, valın oxu dəqiq şaquli istiqamətdə olsun. Balsüzənin borularını təmiz silin və heç nə ilə yağlamayın.
Balsüzəndən şanları baldan boşaldın və əgər pətəklərdə süzmək üçün bal ehtiyatı azdırsa, şanları yeni porsiya məhsulla doldurmaq üçün arxaya qoyun. Balın vaxtında süzülməsi bal yığımı zamanı arıların işini ləngitmir.
Açıq sürfə və balla az doldurulmuş şanları pətəkdə saxlayın, az miqdarda möhürlənmiş sürfə və balla doldurulmuş şanları isə yavaş silkələyin və daşınan yeşiyə keçirin (süzülmək üçün).
Yumşaq fırça ilə çərçivələri arılardan boşaldın.
Süzülmədən sonra pətəklərə şanları qoyun.
Erkən qısamüddətli bal yığımı zamanı vaxtı-vaxtında balı süzmək lazımdır. Bu iş bir həftə müddətində yubanarsa, pətəkdə bal ehtiyatı kəskin azalar.
Arıxanada balı yerləşdirmək üçün şan ehtiyatları kifayət qədər olmasa, bitkilərin çiçəklənməsinin sonuna kimi balı süzün. Belə olduğu təqdirdə arılar fəallığını azaltmayaraq boşalmış şanları yeni porsiya nektarla doldurur.
Balsüzən vasitəsilə balı tərkib hissələrinə ayırmaq üçün balın yararlılığının ilkin əlaməti qovuqcuqların mum qapaqcıqları ilə möhürlənməsidir. Orada olan suyun tərkibi 17-19 faizdir. Şanla olan balın əksəriyyətinin 1/3 hissəsi və ya yuxarı dirəkdən şanların sahəsinin yarısına kimi möhürlənməsi kifayətdir. Ondan aşağı yetişmiş məhsul yerləşir. Bu məhsul su və invertləşmiş şəkər tərkibinə görə normaya yaxındır. Hər 5-6 gündən bir fəal bal yığımı zamanı balı süzün.
Arıçı nəzarət pətəyinin göstəricilərindən istifadə edərək məhsuldar bal yığımının başlanması barəsində öyrənir (onun çəkisi hər gün 2-3 kiloqram artır).