4.3. Arıçılıq məhsulları əsasında hazırlanan müalicəvi kosmetika
Xiyar-bal losyonudur. 300 qram təzə yuyulmuş xiyar götürün, iki dəfə ətçəkəndən keçirdin və ya həvəngdəstədə xəşil halı alınana kimi döyün. Xiyar kütləsini şüşə qaba qoyun, bir limon şirəsini əlavə edin. Xırda doğranmış limon qabığını 40 faizlik spirtə (200 millilitr) əlavə edin və xiyar kütləsi ilə qarışdırın. Alınmış qarışığı 2-3 həftə qaranlıq yerdə bağlı qabda saxlayın. Qarışığı qalın parçadan süzün. Qalan kütləyə 100 millilitr kamfora spirti əlavə edin. Təzə yumurta sarısını balla (1 xörək qarışığı) qarışdırın və tədricən alınmış mayeni qarışdıraraq süzün. Onu qapalı qabda qaranlıq tünd yerdə saxlayın. 40 faizlik spirtin əvəzinə 1 : 1 nisbətində təmiz su, quru dəri üçün isə 1:2 nisbətində kalendula cövhəri ilə qarışdırmaq olar. Bal losyonu quru və normal dəri üçün nəzərdə tutulur.
İki yumurta sarısını iki xörək qaşığı bitki (zeytun yağı daha yaxşı olardı) yağı ilə qarışdırırıq. Yavaş-yavaş 200 millilitr təzə xama əlavə edin. İki limon şirəsini sıxın. Qaynar suya limonun qabıqlarını tökün, 1-2 saat saxlayın və süzün. Yumurtalı-yağlı qarışığa limon şərbəti və 1 xörək qaşığı balla qarışdırılmış limon cövhərini əlavə edin. Alınan qarışığa stəkanın 2/3 hissəsi qədər kamfora spirti qarışdıraraq əlavə edin. 0,5 litr həcmində qaynadılmış su əlavə edərək məhlulu süzün. Qaranlıq isti yerdə saxlayın. İstifadə etməmişdən əvvəl silkələyin.
Qidalandırıcı losyon normal və quru dəri üçün nəzərdə tutulub. 25 qram kətan, zeytun və qarğıdalı yağı ilə üç yumurta sarısını qarışdırın. 200 millilitr gavalı əlavə edin. Şüşəli qaba iki limonun şirəsini sıxın. Digər şüşəli qaba isə xırda doğranmış limon qabığını qoyun, bir stəkan təmiz qaynar su əlavə edin və 1-2 saat saxlayın. Mayeni süzün, qalan kütləni isə sıxın. Yumurta sarısı, yağ və gavalıdan hazırlanan məhlulu yaxşı qarışdıraraq yavaş-yavaş limon qabığından olan cövhər, limon şirəsi və 30 qram bal, sonra isə 200 millilitr 40 faizlik spirt əlavə edin. Alınan mayeni süzün və yaxşı çalxalayaraq şüşəyə qoyun. Losyonu gecə vaxtı yuyulmuş boyun hissəsi və üzə çəkmək üçün istifadə etmək olar. Soyuducuda qısa müddət ərzində saxlamaq olar.