Qadın xəstəlikləri, adenomaprostatı və babasilin müalicəsi zamanı istifadə etmək olar.
Morfofizioloji tarazlığın bərpası üçün də yaxşı vasitədir;
- “Minirosept” (Rumıniya) - müxtəlif iltihab əleyhinə proseslər, eroziya və babasilə qarşı xaricə istifadə üçün nəzərdə tutulmuş bal, Bərəmum cövhəri, lanolin və kakao yağlarından ibarət olan şam və həblərdir. 10-15 gün ərzində gün ərzində bir şamdan istifadə olunur;
- “Oftalmosept”in (Rumıniya) tərkibində 2 faizlik bərəmum var. Yanğın, konyunktivit (həmçinin kliniki), ekzema zamanı gündə 3-6 dəfə 1-2 damcı təyin edirlər. Komplektdə məhlul üçün nəzərdə tutulan fizioloji zərdab var;
- “Akneol” - duru bərəmum cövhər, qliserin, sanisil turşusu, mentol əsasında 50 millilitr flakonlarda olan dərmandır. Zədələr, dəri xəstəlikləri zamanı və dezinfeksiyaedici vasitə kimi istifadə olunur;
- “Asard” (Daniya) - Bərəmumlu kapsullardır. Mədə-bağırsaq yolları xəstəliklərinin (mədə və onikibarmaq bağırsaqların yara xəstəlikləri) müalicəsi zamanı daxilə istifadə üçün işlənir;
- Apikompleks (Yuqoslaviya) - Bərəmum, ana südü, çiçək tozu və arı balı tərkibli dərmandır. Həm qüvvətləndirici, həm də mədə-bağırsaq yolu xəstəlikləri zamanı istifadə olunur. Virus əleyhinə təsirə malikdir. Qripə qarşı da istifadə olunur;
- “Solupent” (Yuqoslaviya) - Bərəmum və bitki cövhərli damcılardır. Canlandırıcı vasitə kimi daxilə istifadə olunur;
- “Polinapin” (Rumıniya). Sıxılmış çiçək tozlu həblərdir. Protein çatışmadıqda, anemiya zamanı, iştaha olmadıqda, bir sıra qara ciyər və mədə xəstəlikləri zamanı, uşaqlar və idmançıların orqanizmi zəiflədikdə canlandıran vasitə kimi gündə 6-12 həb qəbul olunur;
- “Polinovital” (Rumıniya) - həblərdir. Tərkibində çiçək tozu və ana südü var. Gündə 3-6 həb qəbul olunur. Metabolizmə təsir göstərir, bərpaedici prosesləri gücləndirir və orqanizmi qüvvətləndirir. Əsəb yorğunluğu, qara ciyər, mədə xəstəlikləri, anemiya, iştahanın olmaması zamanı qəbul etmək məsləhət olunur;
- “Enerqin” (Rumıniya) - qatılaşdırılmış çiçək tozu və bal maddələri tərkibli olan pastadır. Bərpaedici və qüvvətləndirici maddə kimi uşaqlara gün ərzində 3 çay qaşığı verilir. Qara ciyər, sinir sistemi, qida pozuntuları xəstəlikləri zamanı da istifadə olunur;
- “Enerqinil” (Rumıniya) - tərkibində çiçək tozu, bal və ana südü olan təbii zəngin maddəli pastadır. Boy çatışmazlığı, zəiflik, sinir xəstəlikləri zamanı zülal qidalanmasının pozulduğu halda uşaqlara gün ərzində 2 çay qaşığı təyin edirlər;
- “Politenolesitin” - çiçək tozu, bal və lesitin bitkisi əsasında dənələnmiş məhsuldur. Yemək zamanı uşaqlara 1-2 çay qaşığı, böyüklərə isə əqli və fiziki xüsusiyyətlər aşağı düşdükdə, zülal çalışmazlığı zamanı gündə 3 çay qaşığı verilir;
- “Vitan” (Rumıniya) - çiçək tozu, bal və ana südündən olan təbii kompleksli stimulyatordur. İştahanın artırılması üçün gündə 3 çay qaşığı uşaqlara, böyüklərə isə qara ciyər, mədə pozuntusu, sinir sistemi xəstəlikləri zamanı gündə 3 dəfə 2-3 xörək qaşığı verilir;