4.2. Arıçılıq məhsullarından hazırlanan əczaçılıq dərmanları
Apitoksin - ampulalarda quru dərmandır, sulu məhlul dərialtı vurulur.
Bərəmumdan hazırlanan dərmanlar:
- 10 faiz Bərəmumlu “Proposeum” mazı: xroniki ekzema, gicişən dermatit, gec sağalan yaraların müalicəsi zamanı gün ərzində 1-2 dəfə istifadə olunur. Müalicə kursu 2-3 həftədir;
- Zərurət olduqda müalicə təkrarlanır. Kəskin ekzema zamanı ondan istifadə etmək olmaz;
- “Propaltin” - həblərdə Bərəmum: 30 milliqram Bərəmum və 30 milliqram vitaminlərdən ibarətdir. İltihab əleyhinə yaraları sağaldan dərmandır;
- “Proposol” aerozolu (Rusiya) - ağız xəstəliklərinin iltihabı zamanı dezinfeksiya edən iltihab əleyhinə dərman kimi istifadə olunur;
- “Vayva” (Litva) - kəskin qoxu və ağzın dezinfeksiyası üçün istifadə olunur;
- Soyuqdəymə, virus infeksiyasının profilaktikası məqsədi ilə aerozoldan istifadə olunur;
- “Sel” (Litva) - məişət və ümumi istifadə üçün nəzərdə tutulmuş yerlərdə qoxunun ləğvi üçün istifadə olunur, eyni zamanda evləri dezinfeksiya edir.
Arıçılıq məhsullarının əsasında hazırlanan kompozisiyalar: (EPİ, “Çiçək tozu”, Dnepropetrovsk şəhəri):
- “Masaj” kremi - onurğanın osteoxondrozu, obliterasiya olmuş endoarterit, oynaqların xəstəlikləri zamanı müalicəvi masaj kimi istifadə olunur;
- “İntim” kremi - prostatit, babasil, gödənlərdə çatlar, qadın cinsi xəstəliklərin müalicəsində yüngülləşdirici vasitə kimi istifadə olunur;
- “Nazi” kremi - burun boşluqları iltihabı, rinit zamanı istifadə olunur;
- “Elast” maska kremi - əl və ayaq dərilərində çatların sağalmasına kömək edir.
- “Virapin” mazı - radikulit, nevralgiya, artrit, işias zamanı sürtmək üçün ağrısız və iltihabəleyhinə dərmandır.
- “Floral” - Bərəmumdan başqa, tərkibində darçın kökündən olan cövhər, mentol və evkalipt yağları var. Ağrıkəsici, dezinfeksiya edən təsir göstərir, xoşagəlməz ətri yox edir və ağız boşluğunu təravətləndirir. Ağzı yaxalamaq üçün 100 millilitr su və 30-40 damcı “Florala”dan olan qarışıqdan istifadə edin;
- “Pinselunq-5” dərmanının tərkibində 10 faizlik Bərəmum, 2 faizlik propilen-qlükol, 30 faizlik setilon, 20 faizlik benzol spirti var. Dəri xəstəlikləri zamanı xarici istifadə üçün işlənir;
- “Apifart” mazı antiseptik xüsusiyyətlərə malikdir. Onunla, xüsusən üzdə olan yaraları müalicə edirlər;
- “Proderm” (Rumıniya) - flakonlarda 10 faizlik, 20 faizlik, 50 faizlik spirtdə olan qatılaşdırılmış Bərəmum məhluludur. Yanğın, ekzema zamanı, yaraların sağalması üçün istifadə olunur;
- “Dontotran” - diş ətinə çəkilməsi üçün vasitədir;