Bərəmumun südlə qarışığı: minalanmış qaba təzə inək südü süzün və qaynadın. Ora xırda doğranmış bərəmum hissələrini əlavə edin (1 litr südə 100 qram bərəmum) və 10 dəqiqə ərzində mütəmadi qarışdıraraq saxlayın. Cunadan keçirin. Dərman daxili istifadə üçün hazırdır.
Bərəmumun su-spirt emulsiyası: məhlulu yaxşı qarışdıraraq 1 litr suya 10 millilitr 10-20 faizlik bərəmumun spirtli ekstraktını götürün. İstifadə üçün yararlı olan süd rəngli emulsiya alınır - süd və ya şirə ilə gündə 2-3 dəfə 15-20 damcı qəbul edin.
Bərəmumun 10-20 faizlik spirtli ekstraktının hazırlanması: incə doğranmış və ya sürtkəcdən keçirilmiş bərəmum götürülür. Sürtkəcdən rahat keçirmək üçün bərəmumu dondurmaq daha yaxşıdır. Kip bağlanan bir şüşə qab və ya balona 100 millilitr spirt tökün və 10 ya da 20 qram incə doğranmış və ya sürtkəcdən keçirilmiş bərəmum qoyun. 10 qram qoyduqda 10 faizli, 20 qram qoyduqda 20 faizli ekstrakt olur. Bunu diqqətlə 10-15 dəqiqə qarışdıraraq 7-10 gün müddətində qaranlıq bir yerdə saxlanılır. Hazır məhlulu 2-3 dəfə çalxalamaq lazımdır. On gün keçdikdən sonra məhlul iki qat cuna, ya da kağız filtrdən süzülür. Tünd-qəhvəyi rəngdə məhlul alınır (Şəkil 4.2).
Arı südü: ümumi stimullaşdırıcı vasitədir (Şəkil 4.3). Ev şəraitində arı südünü soyuducuda bal qarışığı (100 qram bala 1 qram süd, 65-70oC temperaturda sterilizə olunmuş və 15oC kimi soyudulmuş) ilə olan kip bağlanmış narıncı rəngli qab və ya 40-45 faizlik spirt məhlulu (20 qram məhlula 1 qram süd) və ya qlükoza qarışığında (25 qram qlükoza tozuna 1 qram süd) saxlayın. Təyin olunan miqdarda arı südünü yeməkdən əvvəl 2 həftə ərzində gündə 3-4 dəfə 5-10 damcı dilin altına tökərək qəbul etmək lazımdır. Bal və qlükoza tərkibli qarışığı isə eyni müddət ərzində gündə 3-4 dəfə dilin altına 1/2 çay qaşığı tökərək qəbul etmək lazımdır. Məhlul yeni hazırlandıqda gündə 3 dəfə yeməkdən əvvəl dilin altına 2-30 milliqram tökülərək qəbul olunur.