Nəzəri biliklərin qiymətləndirilməsi
Test 3
Sual 1. İnsan baldan hansı məqsədlə istifadə edir?
A) Şirin bir maddə kimi;
B) Dəyərli qida məhsulu və müalicəvi vasitə kimi;
C) Ancaq qida məhsulu kimi;
D) Səhərlər şirin çay əvəzinə.
Sual 2. Balın uşaqlar üçün faydası nədir?
A) Tez böyüyür və xəstəliklərə qarşı davamlı olurlar;
B) Sağlam olurlar;
C) Uzunboy olurlar;
D) Ağıllı olurlar.
Sual 3. Balın tərkibində hansı maddələr var?
A) Mineral duzlar;
B) Vitaminlər;
C) Fermentlər;
D) Mineral duz, vitamin, fermentlər.
Sual 4. Bal hansı xüsusiyyətinə görə irinli yaraları müalicə edir?
A) Təkibində spirt var;
B) Tərkibində yod var;
C) Bakterisidlik xüsusiyyətinə;
D) Tərkibindəki mineral maddələrə görə.
Sual 5. Bal nədir?
A) Nektar və gəzəngidən hazırlanan şəkərli maddə;
B) Nektardan hazırlanan şirin maddə;
C) Çiçəklərdən hazırlanan şirin maddə;
D) Şəkər tozundan hazırlanan şirin maddə.
Sual 6. Bala nəyə əsasən ad verilir?
A ) Şirinliyinə görə;
B) Bitkidən yığılan nektara görə;
C) Çiçək tozuna görə
D) Arı məhsulu olduğuna görə.