5. Bərəmum və onun xüsusiyyətləri
|
-
Arıçılığın faydalı məhsulu olan bərəmumun (arı yapışqanı, qaramum) arılar tərəfindən necə istehsal olunması, pətəkdə onun istifadəsi, pətəkdə onun bakterisid rolu haqqında öyrənin.
- Bərəmumun kimyəvi tərkibi, həlletmə üsulları, tibbi əhəmiyyəti və başqa xüsusiyyətləri barədə məlumat toplayın və yoldaşlarınızla bölüşün.
|
6. Arı zəhəri və onun xarakterik cəhətlərinin öyrənilməsi |
-
Arı zəhərinin arı ailəsi üçün mühüm müdafiə əhəmiyyətinə diqqət edin.
-
Arının zəhərsiz doğulduğu, 10 günlük yaşında zəhərin yaranması, insan orqanizminə mənfi təsirini öyrənin.
-
Arı zəhərinin bütün spesifik xüsusiyyətlərini diqqətinizdə saxlayın.
-
Arıçılarda immunitetin güclü olması, hansı halda sancmanın ölümlə nəticələnə biləcəyi, eyni zamanda arı zəhərinin müalicəvi əhəmiyyəti və başqa vacib cəhətləri öyrənin və yoldaşlarınızla fikir mübadiləsi aparın.
|