3. Mum və onun xüsusiyyətləri
|
-
Arı mumunun xalq təsərrüfatında uzun müddət istifadə olunan faydalı məhsul olmasını öyrənin.
- Arıların neçə günlük yaşda mumu necə istehsal etməsini öyrənin.
- Arıların mumayırma funksiyasının necə stimullaşdığına diqqət edin.
- Arı ailəsinin bir il ərzində potensial mumayırma imkanları və hal-hazırda nə qədər ayıra bildiyini öyrənin və bir-birinizlə fikir mübadiləsi aparın.
- Mumun xammal kimi əhəmiyyətinə, mənbələrinə, rənginə və keyfiyyətinə görə növlərini araşdırın.
- Mumun xüsusiyyəti və keyfiyyətinin xammal, emal üsulu və texnoloji şərtlərindən asılı olduğunu öyrənın.
- Mumun üç növü olduğu, hər növün xüsusiyyətləri və hansı xammaldan hazırlandığını öyrənin və gələcək işinizdə unutmayın.
|
4. Çiçək tozu, arı südü və onların xüsusiyyətləri |
-
Çiçək tozunun arıçılığın dəyərli məhsulu olması, arı ailələrinin gücünün artırılmasındakı əvəzsiz rolunu öyrənin.
-
Çiçək tozunun (güləm) qida məhsullarının əlavəsi kimi işlənməsi, orqanizm üçün müalicəvi əhəmiyyətini unutmayın.
-
Çiçək tozunun arıları əvəzolunmaz amin turşuları ilə təmin etməsini diqqətinizdə saxlayın.
-
Arı südünün arı nəslinin yaşamasındakı əvəzsiz rolu, onunla hansı arıların qidalandığını öyrənin.
- Arı südünü arıların hansı yaş dövründə istehsal etdikləri, onun müalicəvi dərmanlar və kosmetik vasitələrin istehsalında istifadə olunduğunu öyrənin.
|