1. Arı məhsulu kimi balın mahiyyəti
|
-
Qida məhsulu kimi balın insana çoxdan məlum olması, yaxşı müalicəvi vasitə olmasını diqqətinizdə saxlayın.
- Balın uşaqlar üçün çox faydalı olması, gündəlik rejimdə baldan istifadə edən uşaqların tez böyüməsi və xəstəliklərə qarşı davamlı olmalarına diqqət edin.
- Ağır xəstəliklərdən sonra insanların qida rejiminə balın əlavə olunması, səhhətin tezliklə bərpa olunmasına diqqət edin.
- Balın bakterisidlik xüsusiyyətinin əhəmiyyətini öyrənin.
- Arıların nektardan nektarlı və çiçək tozlu bal hazırlamalarına diqqət edin.
- Balın ayrıca bitkidən yığılan nektara görə fərdi (məs: günəbaxan, yonca, cökə və s.) və qarışıq (poliflor) olmasını öyrənin.
- Balın yerlərə, əraziyə, habelə rənglərə görə növləri haqqında məlumat toplayın və aranızda fikir mübadiləsi aparın.
- Balın yığan arılardan qəbuledici arılara ötürülərək necə emal olunmasını öyrənin.
- Balın tərkibində suyun buxarlandırma prosesini öyrənin.
|
2. Balın kimyəvi tərkibi və xüsusiyyətləri |
-
Balın tərkibində çoxlu şəkər, mineral duzlar, azot birləşmələrinin üzvi maddələrinin fermentləri, vitaminlər olan ətirli, bioloji fəal bir maddə olmasını öyrənin.
- Axıcılığın balın yetişməsinin əlamətlərindən biri olmasına diqqət edin.
- Axıcılığından asılı olaraq tutumluluğuna görə balın növlərini diqqətinizdə saxlayın.
|