Balın yüksək keyfiyyətli qida məhsulu və çox vacib müalicəvı vasitə olmasını öyrənin.
Balın çox qədimdən insan orqanizmini qısa müddətdə qüvvətləndirən bir vasitə olmasına diqqət edin.
Balın insan orqanizmi üçün tez həll olunan maddələr, habelə fermentlər, vitaminlər və mineral duzlarla zəngin olmasını öyrənin və aranızda müzakirə edin.
İstər xalq təbabəti, istərsə də müasir tibdə balın həm daxilə, həm də xarici istifadə üçün nəzərdə tutulan bir dərman vasitəsi olmasına diqqət edin və imkan daxilində mütəxəssislərdən bəzi məsələləri öyrənin.
Balın bakteresid xassəsi, nektar və gəzəngidən hazırlanan şəkərli maddə olması, balın hazırlanmasının yalnız arıya məxsus bir proses olmasını öyrənin və aranızda müzakirə edin.
Balın rəngi, onun təknövlü və ya çoxnövlü bitki tərkibli olması, nektarın bala çevrilmə prosesini öyrənin və gələcək işiniz üçün əsas tutun.
Balın kimyəvi tərkibi, xüsusiyyətlərini (yaxıcı tərkibli olması, sıxlığını və s.) öyrənin.
Arı mumunun xalq təsərrüfatında faydalı bir məhsul olmasına diqqət edin.
Mumun arılar tərəfindən hansı yaş dövründə, necə istehsal olunduğu və stimullaşdığını öyrənin.
Mumun - xammalın neçə növü olduğu, arıxanada necə emal olunduğunu öyrənin.
Çiçək tozunun arıçılığın dəyərli məhsulu olması, onun insan orqanizmi üçün mühüm əhəmiyyəti, təbabətdə müalicəvi mahiyyətini nəzərə alın və bu sahədəki fikirlərinizi bir-birinizlə bölüşün.
Çiçək tozunun kimyəvi tərkibinin bitkinin növündən asılılığı, arıları amin turşuları ilə təmin etməsini diqqətinizdə saxlayın.
Arı südünün arı ailəsinin inkişafındakı rolu, müalicəvi dərmanlar və kosmetik vasitələrin istehsalındakı əhəmiyyəti, hansı yaş dövründə arının onu istehsal etməsini öyrənin.
Bərəmumun necə faydalı məhsul olması, onun istehsalı, tərkibi, təbabət və xalq təsərrüfatında əhəmiyyətini öyrənin və birlikdə müzakirə edin.
Arı ailəsi üçün müdafiə əhəmiyyətli, təbabətdə isə müalicə vasitəsi olan arı zəhərinin qiymətli arı məhsulu olmasını diqqətinizdə saxlayın.
Arı zəhərinin tərkibi, rəngi, qoxusu, saxlanma qaydaları haqqında olan məlumatları öyrənin.