Allergik təsiri olmayan insanların, hətta 10 arıya tərəfindən sancılması kəskin dəyişikliklərə səbəb olmur: zəhər düşən yerdə müvəqqəti şiş, qızartı yaranır, yandıran ağrılar hiss olunur. Bir neçə gündən sonra və ya ikinci gün, adətən bu əlamətlər keçir. Məsələn, arıçıların davamlı sancması immunitetin qazanılmasına gətirib çıxarır. Adətən apitoksin az miqdarda faydalı olur, çünki müalicəvi və profilaktik təsir göstərir. Amma qısa müddət ərzində çox sayda sancmalar (100-300) orqanizmi zəhərləyir. Bu isə yüksək hərarət, nəbz və nəfəsalmanın sürətlənməsi, qan təzyiqinin aşağı düşməsi, baş ağrıları, bədənin səpməsi, tərləmə ilə müşahidə olunur.
500 və daha da çox arının sancması ölümcül ola bilər. Bu cür halda beynin funksiyasının pozulması və tələffüz mərkəzinin iflici müşahidə olunur.
Yüksək həssaslı olan insanlar üçün 1-2 arının da sancması təhlükəlidir. Hesab olunur ki, allergik reaksiya 0,5-2 faiz insanlarda qeydə alınıb. Reaksiya aşkar olunduğu halda dimedrol, pipolfen, suprastindən istifadə edirlər. Az miqdarda olan arı zəhərinin orqanizmə birbaşa sancma yolu və ya xüsusi preparatla keçməsi insanları bir çox xəstəliklərdən müalicə edir.
3.7.1. Arı zəhərinin yığılması
Hal hazırda elektroşok üsulu zəhər toplama prosesində standart olaraq tətbiq olunur. Hər üç gündən bir arı ailəsindən zəhər yığıldıqda 14 faiz bal itkisinə səbəb olur. Elektroşok üsulunun ən effektiv toplanması üç gün aralıqlarla 15 dəqiqə və 2-3 həftə sonra eyni qayda ilə yenidən başlana bilər.
Arı zəhərini alan aparat arı zəhərinin damcılarını çirklənmədən qorumaq üçün xırda tor və ya neylon parça ilə örtülən və silikat şüşədən hazırlanan zəhər yığanı olan iki qoşa elektrod çərçivədən ibarətdir (Şəkil 3.22). Aparat gərginliyi dəyişdirən qurğu ilə təchiz olunub və aşağıdakı qaydada istifadə olunur, zəhər alınacaq arı ailəsinin yuvasına elektrod çərçivələr qoyun (Şəkil 3.23).
Ayaqları ilə elektrodun məftillərinə ilişən arı elektrik dövrəni qapadır və elektrik cərəyanın vurmasından qıcıqlanır. Həmin an arı aparatın şüşə lövhələrini sancır. Zəhər dərhal çıxır və şüşədə quruyur. Elektrik cərəyanı söndürüldükdən sonra arılar sakitləşir.
3.7.2. Arı zəhərinin saxlanılması
Bütün zəhərli preparatlar, xüsusilə quru arı zəhəri soyuducu və ya tünd şüşələrdə dondurulmuş şəkildə saxlanmalıdır. Quru arı zəhəri soyuducuda bir neçə ay saxlanıla bilər, lakin soyuducuda bir neçə həftədən çox müddət saxlanmalıdır. Maye halında olan arı zəhəri və ya nəmləndirilmiş arı zəhəri tünd şüşə qablarda və ağızları kip bağlandıqda saxlana bilər.