➢ | Arı südünün saxlanılması - şüşə qablarda müsbət 4 dərəcə Selsi soyuducuda saxlanılır. Satmaq məqsədi ilə arı südünün keyfiyyəti itməsin deyə soyuducudan çxarılıb daşındıqda ətrafına buz qoymaq olar. Arı südünün son istifadə tarixi məhsulun yığıldığı tarixdən soyuducuda 6 ay, dondurucuda isə 18 dərəcə Selsidə 18 aya qədər saxlanıla bilər. |
3.6. Bərəmum (Propolis)
Bərəmum (arı yapışqanı, qaramum) arıçılığın faydalı məhsuludur (Şəkil 3.20). Arılar onu müxtəlif maddələrdən yapışqan məhlul halına gətirənə kimi hazırlayır, onların aralarında qatran və balzam bitkilərinin tumurcuqları, gövdələri və yarpaqları üstünlük təşkil edir.
Bəzən bərəmumu parıldayan sayrım kimi səbətlərin arxa ayaqlarında görmək olar. Pətəkdə onlara mum, çiçək tozu və ya çiçək tozunun balzam qabıqları da əlavə olunur.
Sübut olunub ki, bu vəzilərin hormonlarının tərkibində nəinki bərəmumun hazırlanması, hətta sayrımda çiçək tozunun yaranması və sürfələri südlə yemləmək üçün belə istifadə olunan turşular olur.
Hazırlıq zamanı qatran qatqısına arıların pətəyi, toxumları, bədənlərindən ağacın hissəcikləri halında mexaniki qarışıqlar düşə bilər. Arılarda bərəmuma olan tələbatın, əsasən yayın sonunda artması və bitki xammalının çatışmazlığı bəzən arıların yuvaya müxtəlif növ bal əvəzediciləri, məsələn mazut, çarx məlhəmi, yağ boyası gətirmələrinə səbəb olur. Bu da əlbəttə ki, satış məqsədləri üçün yararsız sayılan məhsulun keyfiyyətini aşağı salır.
Arı bərəmumundan inşaat materialı kimi yuvada mum qovuqcuqlarının hamarlanması, həmçinin çərçivələr, gövdələrin yapışdırılması, uçuş bacalarının yarıqlarının kiçildilməsi, pətəyin daxili səthi, örtüklərin qatranla sürtülməsi üçün istifadə olunur.
Bərəmum mikroorqanizmlərə bakterisid təsirinə görə yuvanın sanitar qaydalarını qoruyub saxlayır.
Kimyəvi tərkib və xüsusiyyətləri
Bərəmumun tərkibinə daxildir:
Mexaniki qatqılar: kül elementləri (kalsium, kalium, natrium, fosfor, dəmir, maqnezium, mis, manqan, sink, alüminium, kobalt, vanadium, silisium, stronsium); vitaminlər (tiamin, riboflavin, nikotin turşusu, askorbin turşusu, A provitamini).