➢ | Sürfənin köçürülməsi və başladıcı ailəyə verilməsi - damazlıq ailəyə ana arının yumurta qoyması üçün əvvəlcədən verilmiş olan boş şanlı çərçivəyə ana arı yumurta qoyduqdan sonra 1-2 günlük sürfələr köçürmək üçün pətəkdən götürülür. Sürfə köçürülməsi külək və birbaşa günəş işığından azad olan qapalı mühitdə aparılmalıdır. Otağın temperaturu 22-28° C arasında və nisbi rütubət 50-55 faiz olmalıdır. Ana arı yetişdirilməsində olduğu kimi sürfələrin köçürülməsi sürfə köçürmə qaşığının köməyi ilə hazırlanmış üsküklərə köçürülür. Üsküklər yapışdırılmış çərçivə (buna peyvənd çərçivəsidə deyilir) köçürmə işi bitəndən sonra başladıcı ailədə ortada yerləşdirilir; |
➢ | Arı südünün yığılması - anasız ailəyə (başladıcıya) 1 günlük sürfə ilə peyvənd çərçivəsini verdikdən 72 saat sonra arı südü yığılır. 2 günlük sürfə ilə peyvənd çərçivəsini verdikdən 48 saat sonra arı südünü yığmaq lazımdır. İlk mərhələdə ana arı üsküklərinin içindəki südün üzərindən bir tibbi pinsetin köməyi ilə sürfələr çıxarılır. Daha sonra xüsusi şüşə və ya taxta qaşıqla üskükdən süd yığılır, arı südünü vakuum aparatının köməyi ilə də yığmaq olar. Dəmir qaşıqlarla yığmaq olmaz, arı südünün keyfiyyəti itir. Əldə olunan arı südü tünd rəngli müxtəlif şüşə qablara doldurulur və vaxt itirmədən soyuducuya qoyulur. Əgər tünd şüşə olmasa, arı südünü şəffaf şüşə qab və ya bir istifadəlik şprislərə yığıb üzərini zərvərəqlə (folqa) bağlamaq olar (Şəkil 3.19); |
A - şüşə qaşıqla yığılma;
B - taxta qaşıqla yığılma;
C - plastmas qaşıqla tünd şüşə qaba yığılma;
D - bir istifadəlik şprisə yığılma;
E) başıaçıq şüşə qaba yığılma.