➢ | Üsküklərin hazırlanması - dərin və geniş bir su qabında su isidilir. İsti suyun içinə mum əridiləcək qab qoyulur. Beləcə, təmiz bal mumu birbaşa od üzərində deyil, su hamamında əridilir (Şəkil 3.17). 2×2 santimetr ölçüdə olan taxta lövhəciklər bal mumu ilə körpü taxtalara yapışdırılır. Ucu dairəvi çomaq əvvəlcə soyuq suya batırılır, sonra 1 santimetrə qədər əridilmiş bal mumuna batırılır. Çubuq üzərinə yapışan bal mumundan əmələ gələn üsküyü iki barmaq arasında sıxılaraq çıxarılır. Üskük nazik olarsa, çubuq iki dəfə muma batırıla bilər. Üsküklərin yumru olan arxa tərəfləri ərimiş muma batırılaraq körpü taxta üzərinə yaxışdırılmış taxta lövhəciklərin üstünə yapışdırılır. Bir körpü taxtaya 10-15 üskük yapışdırılır (Şəkil 3.18); |