- Bölgənin ekoloji, coğrafi xüsusiyyətləri və ərazinin bitki örtüyü arı ailələrinin iş qaydası və dolayısı ilə məhsula ciddi təsir göstərir. Arı südü istehsal etmək üçün seçiləcək ərazilər, xüsusilə istehsal dövründə arıların işləməsinə maneə törədəcək davamlı yağışlar yağan bölgə olmamalıdır. Həmçinin, coğrafi cəhətdən həddindən artıq dik yamac ərazisi olan bölgə olmamalıdır, bitki örtüyü monofloral (bir bitki növünün nektarı) mənbə əvəzinə multifloral (çox rəngli) resursların olduğu bir bölgəyə üstünlük verilməlidir;
- Güclü arı ailəsinin istifadə edilməsi arı südü istehsalında bir şərtdir. Əgər iki analı ailədə hər iki ana arı yumurta qoyub və eyni zamanda yetişdirilirsə, ailədə arı südü ifraz edən 6-17 günlük işçi arılar sürətlə və güclü şəkildə inkişaf edir. Lakin bu vəziyyətdə pətəklərdə yenidən boş hüceyrəli şanlar təşkil edilməlidir ki, ana arıların yenidən yumurta qoymağı təmin edilsin;
- Arı südü istehsalında əhəmiyyətli dərəcədə çiçək tozu tələb edir. Sürfə köçürüləcək ailələr davamlı olaraq protein və karbohidratlı qidalarla qidalanmalıdır. Lakin sürfə köçürüldükdən sonra sürfələrin bəslənməsi və qidalanması çox əhəmiyyətli olduğundan şəkər şərbəti ilə yemləmə davamlı aparılmalıdır;
- Ən yüksək verim 12-25 saatlıq sürfələr köçürülməsindən 72 saat keçdikdən sonra arı südü əldə edilməsi təsdiqlənmişdir. 48 saatlıq sürfələr köçürüldükdə isə 48 saatdan sonra yüksək keyfiyyətli arı südünün əldə edilməsi təstiqlənmişdir;
- Bir ailəyə hər gün 60120 üskük verildikdə qəbul dərəcəsi 85 faizdən çox olur və hər üskükdən götürülmüş arı südü miqdarı ortalama 200 milliqram olur.
Arı südü istehsalı da ana arı yetişdirilməsi kimi eyni qayda ilə gedir. Arı südü istehsalının ediləcəyi ailələrdə bal verimi azalır.
Arıçılıqda xüsusi üsullar var ki, bu üsullar istifadə edilməklə arı südü yığılır və qablaşdırılır:
- Erkən yazda güclü arı ailələrində yaxşı şərait yaradılır ki, həmin ailə artaraq beçəvermə həvəsinə gəlsin. Bu vaxt ailədə çoxlu sayda ana arı üsküyü olur. Belə ailədən arı südü toplamaq olar. Ancaq bu üsulun bir mənfi tərəfi var ki, o da üskükdə olan ana arı sürfəsinin hansı yaşda olduğunu arıçı qabaqcadan bilmir. Yəni sürfələr müxtəlif yaşlarda ola bilər, bu da arı südünün toplanmasında çətinlik yaradır;
- Erkən yazda güclü arı ailəsi seçilir (sürfə köçürülməsi aparmaq üçün), bəsləyici ailələr hazırlanır, mumdan üsküklər hazırlanır və arı südü istehsalına başlanır:
➢ |
Seçilmiş olan güclü (damazlıq) arı ailəsi davamlı olaraq yemləndirilməli, bununla yanaşı nektar və polen mənbəyi ilə təmin edilməlidir; |
➢ |
Başladıcı ailələrin hazırlanması - arıxanada 9-10 çərçivəli güclü ailə (Şəkil 3.16) anasızlaşdırılır. Anasızlaşdırılmış ailədən açıq gözlü çərçivələr götürülür və digər ailədə olan bağlı gözlü çərçivələrlə yerləri dəyişdirilir. Beləliklə, 6-12 günlük yaşda olan gənc işçi arılar ilə bir ailə əldə edilir. 5-6 gün sonra baxış keçirilir və hörülən ana arı üskükləri məhv edilir. Bu təmizləmədən sonra bu ailəyə sürfə köçürülməsini etmək olar. Hazırlanan başladıcı ailələr mütəmadi olaraq mütləq şəkildə yemləndirilməlidir; |