Güləm unikal xüsusiyyətləri və kimyəvi tərkibi ilə xarakterizə edilən bir arıçılıq məhsuludur. Bu zülallar karbohidratlar, fermentlər, bir neçə sayda vitamin və mineral element, hormon kimi maddələrlə (heteroauksin - artım stimulyatoru) zəngindir. Güləmin tərkibində 13 növ amin turşusu (lizin, glisin, alanin, tirosin və s.), həmçinin yağ turşuları (stearik, lipoik, oleik) daxildir. Bu insanlar üçün ən yaxşı bioloji aktiv qida əlavəsi kimi unikal bir arıçılıq məhsuludur. Güləmin dadı təzəliyinə və çiçək tozunun növünə görə fərqlənir, lakin çox vaxt multivitamin dadına bənzəyir. Şan qovuqcuqlarında güləm laylarla yığılmış olur (görünüşdə çox rəngli), bu da onu göstərir ki, arılar hansı bitkilərdən çiçək tozunu toplayıb.
3.4.1. Güləmin şan qovuqcuqlarından çıxarılması
Güləm olan çərçivələr pətəkdən götürülərək arılar üzərindən kənarlaşdırılır, sonra polietilen qida paketinə qoyularaq soyuducuya yerləşdirilir. Bundan sonra soyuducudan çıxardılaraq çərçivədə güləm ilə olan şan qovuqcuqları kəsilərək mumdan təmizlənir.
Güləmin çıxarılması üçün arıçılıqda geniş istifadə olunan metal kollektordan da istifadə etmək olar (Şəkil 3.12). Güləmi şan qovuqcuğundan çıxarmaq üçün kollektorun metal çubuğu gözcüyə yerləşdirilməli və çıxarılmalıdır. Kauçuk düymə basıldığında güləm çıxarılır. Bu sadə cihaz (inventar) ən qiymətli arıçılıq məhsulunu təmiz şəkildə əldə etməyə imkan verir.
3.4.2. Güləmin saxlanılması
Şan qovuqcuqlarından çıxarılıb adi qaydada güləmin saxlanılması effektli nəticə vermir. Belə ki bir necə çatışmazlıqları var, saxlanılan güləm yüksək rütubət altında kiflənir, asanlıqla həşəratlar tərəfindən yeyilir. Ancaq o düzgün emal edilsə, nisbətən uzun müddət saxlanılır:
Belə hazırlanmış və qablaşdırılmış güləmi arıçı istədiyi kimi saxlaya bilər (sərin otaq və ya soyuducuda). Hər iki halda saxlama müddəti 12 aydır.