3.4. Güləm
Bitki çiçəklərindən arıların topladığı çiçək tozu arı tərəfindən pətəyə gətirilərək şan qovuqcuğuna boşaldılır. Daha sonra pətək daxilində işləyən arılar başlarının köməyilə çiçək tozunu qovuqcuğun içərisinə kipləşdirir. Arılar bununla kifayətlənmir, doldurulmuş qovuqcuqların üstü bal yığılmaqla möhürlənir.
Arılar tərəfindən bu qayda ilə qovuqcuğa yığılmış çiçək tozu müxtəlif fermentlərin təsirinə məruz qalır. Elmi araşdırmalar göstərir ki, burada konservləşdirmə kimi mürəkkəb kimyəvi bir proses gedir (Şəkil 3.11).
Şəkil 3.11. Güləm arı məhsulu