Bal arısı bir səfərində 15 milliqram çiçək tozu gətirə bilər (Şəkil 3.8). Ortalama gün ərzində bir güclü arı ailəsi 50 ilə 300 qram arasında çiçək tozu yığa bilər. İşçi arı bir dəfə çiçək tozu üçün səfər etdikdə onun topladığı çiçək tozu yükü bədən çəkisinin üçdə birinə bərabərdir.
Arıçılar çiçək tozunu yığdıqdan sonra onu saxlamalıdır. Çiçək tozunun nəmliyi çox olur və buna görə də kiflənə bilər. Çiçək tozunu saxlamaq üçün bir neçə yol vardır. Dondurucuda mənfi 18° C dərəcə Selsidə dondurulmalıdır. Ancaq ən asan saxlama üsullarından biri toplanan çiçək tozunun qurudulmasıdır. Çiçək tozunun qurudulma prosesi xüsusi quruducu dolablar və ya havalandırma sistemilə işləyən elektrik sobalarda 30-35° C dərəcə Selsi 5-6 saat ərzində saxlanaraq qurudula bilər (Şəkil 3.9).
Qurudulduqdan sonra çiçək tozunu kip bağlanan (havanın nəmi keçməsin deyə) şüşə qablarda (bankalarda Şəkil 3.10) müsbət 15° C dərəcədən aşağıda və ya soyuducuda saxlanmalıdır. Çiçək tozunun qurudulmuş şəkildə saxlanma müddəti 1 ildir.