Çiçək tozu çiçəklərin tozluğunda xırda mikroskopik toxum kimi yaranır (Şəkil 3.5). Çiçək tozu bitkilərin çiçəklənməsi zamanı yetişir, xüsusi ilə bal arıları tərəfindən digər çiçəklərə külək və bitkilərlə keçir.
Çiçəklərdə çiçək tozu həmişə bitkilərin tozlanması üçün lazım olan miqdardan çox olur. Çiçək tozunun kimyəvi tərkibi, əsasən bitkinin növündən asılıdır. Mənşəyinə görə müxtəlif növlü bitkilərdə çiçək tozunun tərkibində 250-yə yaxın maddə var. Çiçək tozunun tərkibində çoxlu zülalda olan amin turşuları və adi bitkilər olur.
Bitkilərdən yığılan çiçək tozu arıları əvəzolunmaz amin turşuları ilə təmin edir, onlara aiddir: arqinin, valin, qistidin, izoleysin, lizin, metionin, treonin, triptofan, fenilalaktin.
Çiçək tozunu toplamaq üçün arıçılar müxtəlif qurğulardan istifadə edə bilərlər. Bu, arıçılıq avadanlıqları satılan maqazalarda olan çiçək tozu toplayıcısı və ya arıçıların özlərinin hazırladığı xüsusi konstruksiyalı bir qurğu da ola bilər (Şəkil 3.6)
Şəkil 3.6. Çiçək tozu toplayan
Çiçək tozu toplayıcısı pətəyin qarşısına uçuş bacasının ağzına yerləşdirilir, bu tələlərin köməyi ilə arıçılar tərəfindən çiçək tozu toplana bilər (Şəkil 3.7). Bu qurğu, diametri 5 millimetr olan dairəvi deşikli bir qəfəs və çiçək tozunun toplanması üçün bir qutudan ibarətdir. Qutu hissəsində toplanan çiçək tozu toplanandan dərhal sonra alınmalıdır ki, rütubət və temperatur çiçək tozunun azalmasına səbəb olmasın. Çiçək tozundan toplayıcısı günün istənilən vaxtında istifadə edilə bilər. Lakin Çiçək tozu toplayıcısını istifadə etmək üçün ən yaxşı vaxt 0600-1000-dək olan zamandır.