Arıxana mum cecəsi - arıxanada bişirilmək və sıxılmaqla emal olunan boş arı şanlarının qırıntılarıdır. Onun tərkibində mumayıran zavodlarda möhkəm mumsıxanlar vasitəsi ilə alınan çoxlu sayda mum (40 faizə yaxın) var.
Zavod mum cecəsində mum 20 faizə yaxın təşkil edir, həmçinin də mum mumçıxaran zavodlarda emal olunur. Mum xammalını arıxanalarda xüsusi günəş və buxar muməridən vasitəsi ilə hazırlayırlar. Mumun xüsusiyyəti və keyfiyyəti xammal, emal üsulu və texnoloji şərtlərdən asılıdır. Qeyd olunduğu kimi ən keyfiyyətli yenicə ayrılan mum sayılır. Bişirmə və sıxma yolu ilə şanların işlənməsi zamanı alınan mum, həmçinin günəş və buxar muməridən vasitəsi ilə mum xammalının əridilməsi yolu ilə alınan mum arıxana mumu adlanır. Ondan çox vaxtı süni şanların hazırlanması üçün istifadə edirlər. Arıxana mum növü çox vaxt aşağıda göstərilən əlamətlərlə səciyyələnir. Birinci növ mum yarığının bütün qalınlığında qatqısız oxşar ağ və açıq-sarı rənglər, həmçinin xoşagələn bal ətri olur. İkinci növ mum qatqısız tünd-sarı rəngdə olur, aşağı layları isə tünd olur. Onu aşağı növdən olan xammaldan hazırlayırlar. Üçüncü növ muma tünd-şabalıdı və boz rəngdə, qırılan zaman fərqli olan (aşağıdan yarıya kimi tünd çöküntü) mum aiddir. O səhv texnologiyadan istifadə edilməklə aşağı növ xammaldan hazırlanır (ağır suyun istifadə edilməsi, qaynayan suda bişirilməsi, nəticədə emulsiyanın alınması).
Ekstraksion mum zavod mum cecəsindən ekstraksiya üsulu ilə alınır. Benzinlə ekstraksiya olunduqda mum cecəsindən sıxma yolu ilə çıxmayan mum alınır. Digər növlərə nisbətən onun keyfiyyəti aşağı olur, həmçinin də texniki imkanlar üçün istifadə olunur.
Mumun tərkibi
Arı mumunun kimyəvi tərkibi çox mürəkkəbdir. Bu tərkibə 50-dən çox kimyəvi birləşmə daxildir. Onları üç qrupa bölmək olar:
Bundan başqa, mumun tərkibində açıq-sarı və sarı rəngdə boyalar, həmçinin də ətirli maddələr olur, həmin maddələr isə bal və güləmdən muma düşür və xüsusi “bal” ətri yaradır.
3.3. Çiçək tozu
Bal istehsalının artırılması ilə yanaşı, arıxanada çiçək tozunun hazırlanması məqsədyönlü hesab olunur - arıçılığın dəyərli məhsuludur və ailələrin güclərinin artırılması zamanı, əsasən də istixana bitkilərinin çiçəklənməsində arıların qidalanması üçün istifadə olunur (Şəkil 3.4).
Qida məhsullarına əlavəsi kimi vitamin, zülal, mineral və digər maddələrin zənginləşdirilməsi məqsədi ilə çiçək tozundan geniş istifadə olunur. Bir çox xəstəliklər zamanı onun insan orqanizmi üçün müalicəvi əhəmiyyətli olduğu da artıq məlumdur.