Balın kimyəvi xüsusiyyətləri
Çiçək və gəzəngi ballarının müqayisəsi (faizlə)
Tərkib | Çiçək balı | Gəzəngi balı |
|
su | 17.2 | 16.3 | |
Monosaxaridlər | Fruktoza | 38.2 | 31.8 |
Qlükoza | 31.3 | 26.1 | |
Disaxaridlər | Saxaroza | 0.7 | 0.5 |
Digərləri | 5.0 | 4.0 | |
Trisaxaridlər | Melezitoz | <0.1 | 4.0 |
Erloz | 0.8 | 1.0 | |
Digərləri | 0.5 | 3.0 | |
Naməlum oliqosaxaridlər | 3.1 | 10.1 | |
Toplam şəkərlər | 79.7 | 80.5 | |
Minerallar | 0.2 | 0.9 | |
Amin turşuları, zülallar | 0.3 | 0.6 | |
Turşular | 0.5 | 1.1 | |
pH | 3.9 | 5.2 |
Cədvəl 3.2. Balın kimyəvi xüsusiyyətləri
3.1.2. Balın xüsusiyyətləri
Yaxıcılıq balın yetişməsi əlamətlərindən biridir. O, balda suyun çox və ya az miqdarda olduğunu göstərir. Yetişmiş kristallaşmamış bal - yaxıcı tərkibli qatı məhluldur. Onun sıxlığı 1,4-1,43-dir, yəni 1 litr tutumlu olan qabda 15o C temperaturda 1410-1430 qram bal yerləşir. Tərkibində çoxlu su olan yetişməmiş bal duru olur, onun yaxıcılığı az, həcmi isə aşağı olur.
Axıcılığından (nəmişliyindən) asılı olaraq tutumluluğuna görə çox duru, duru, qatı, yapışqan bal növləri seçilir.
Yapışqanlılıq və balın xüsusi kimyəvi tərkibi ilə müəyyən olunur, yəni balın tərkibində olan kolloid, dekstrin və qamış şəkəri ilə. Qamış şəkəri məhlulu invertləşmiş şəkərdən fərqli olaraq daha dartılandır.
3.2. Mum
Bu modulun 3-cü təlim nəticəsində qeyd olunduğu kimi arı mumu - xalq təsərrüfatında uzun müddət istifadə olunan faydalı məhsuldur. Təbii mum arı yuvalarından çıxarılır. Arılar onu nə qədər çox ayırsa, bir o qədər də arılar yaxşı pətəklərlə təmin olunacaq və məhsulun satışa çıxarılması ehtimalı da çox olar. Mumu işçi arıların aşağı qarın hissəsində yerləşən xüsusi mum vəziləri ayırır. Dörd arxa sternitdə yerləşən mum aynacıqları istehsal olunan məhsulun nazik lövhələrinə yığılır. Arılar onları ayaqları ilə çıxardır, üst çənə vəzilərinin ayırmaları ilə işləyir və şanların hörülməsi üçün istifadə edir (Şəkil 3.2).