Arılar qovuqcuqların 1/4-1/3 həcmini təzə nektarla doldurur. Məlumdur ki, nektardan alınan əsas su kütləsi birinci gün buxarlanır. Yuvada olan 60 faiz şəkər şərbətindən 53,4 faiz su buxarlanır. Üçüncü gün suyun tərkibi 27,3, beşinci gün 13,7, yeddinci gün isə 0,6 faiz azalır. Arılar qatı yemi aşağı qovuqcuqlardan yuxarı qovuqcuqlara keçirir ki, orada 5-6 gün ərzində yem tam yetişsin. Məhsuldar yığım olduğu zaman nektarı “yığmaq” üçün yuvada kifayət qədər şan olmalıdır. Ailədə az arı olar və ya təzə nektar üçün yer olmasa, bal yığımını müəyyən dərəcədə azaldan yem yığımı və onun yetişməsi yubanır. Yuvada arılar təzə yemlə ventilyasiyanı gücləndirir. Buna yuvanın üzərində ventilyasiya torlarından istifadə olunan süni havalanma, həmçinin uçuş bacalarının genişlənməsi səbəb olur. Nektarın işlənməsinin fəallığı sürfənin miqdarı, arı ailələrinin fərdi və cinsi xüsusiyyətləri, sekresiya vəzilərinin fəaliyyəti və digər amillərdən asılıdır.
Arılar yetişmiş balı qovuqcuqlarda mum qapaqları ilə möhürləyir. Bu amilə görə balın yetişməsi və süzülmə müddəti müəyyən olunur. Möhürlənməmiş balın nəinki yüksək rütubəti olur, həmçinin orada onun keyfiyyətini aşağı salan hissələrə ayrılmış çoxlu qamış şəkəri olur. Yetişməmiş bal tez turşuyur, ona görə də onu çox saxlamaq olmaz.
3.1.1. Balın kimyəvi tərkibi
Bal vitaminlər, amin turşuları və bir çox digər bioloji aktiv maddələrlə zəngin olmaqla Mendeleyev cədvəlinin tam elementlərini ehtiva edir. Balın kimyəvi tərkibi və bəzi qısa açıqlamalar aşağıda verilmişdir (Cədvəl 3.1 və Cədvəl 3.2).
Balın tərkibi (1975)
Tərkibi | Orta (%) |
Su | 17.20 |
Fruktoza | 38.19 |
Qlükoza | 31.28 |
Saxaroza | 1.31 |
Maltoza | 7.31 |
Yüksək Şəkərlər | 1.50 |
Sərbəst turşular | 0.43 |
Toplam turşu | 0.57 |
Xam zülal | 0.26 |
Kül | 0.17 |
Digər Maddələr | 2.21 |
Cədvəl 3.1. Balın tərkibi
Ümumi olaraq balın təxminən 80 %-i dəyişik quruluşdakı şəkər, 17 %-i su, geri qalan 3 %-i başda fermentlər olmaq üzrə digər qiymətli maddələrdən ibarətdir.
Balın 100 qramında 304 kalori var. Ayrıca 0.3 % zülal, dəmir, mis, kalium, kalsium, maqnezium, fosfor, silisium, alüminium, xrom, nikel və kobalt kimi minerallar vardır.