İlk növbədə digər müalicəvi vasitələrdən bal onunla fərqlənir ki, bəzi dərmanlar müəyyən orqanın vəziyyətini yaxşılaşdırarkən eyni zamanda digər orqanlara mənfi təsir göstərir, bütövlükdə isə bal bütün orqanizmin vəziyyətini yaxşılaşdırır.
Bal arı yuvasında arılar tərəfindən nektar və gəzəngidən hazırlanan şəkərli maddədir. Onun tərkibində təxminən 300 maddə və kül elementi var, lakin balın əsasını qamış şəkəri, fruktoza və üzüm şəkəri (qlükoza) təşkil edir. Balın bütün komponentlərində bitkilərin nektarı var, yalnız bəzi bitkilərdən gətirilən nektar arıların orqanizmində işləndikdən sonra bala düşür.
Balın hazırlanması - çox mürəkkəb və yalnız arı ailəsinə məxsus olan bir prosesdir. Bu prosesin mahiyyəti nektarın yığılıb işlənməsindən ibarətdir. Nektar nektari adlanan xüsusi vəzilərlə bitkilərdən çıxır. Arılar nektardan nektarlı və çiçək tozlu bal hazırlayır.
Təmiz bala aid olan gəzəngi balının hazırlanması üçün lazım olan məhlul kimi gəzəngi və qurd şirəsindən istifadə olunur. Müasir arıçılıqda, əsasən nektarlı bal çıxarılır. Bu gün ən əsas arıçılıq məhsulu kimi balsüzən vasitəsi ilə şanlardan süzmək yolu ilə alınan şan balıdır. Sıxılmış, öz-özünə axan və əridilmiş baldan müasir arıçılıqda çox nadir hallarda istifadə olunur.
Bal bitkinin növündən asılı olaraq bitkidən yığılan nektara görə adlanır, məsələn, günəbaxan, xaşa, yonca, cökə, ağ akasiya, süpürgə kolu və digər ballar. Bu cür balı tək növlü bitki aləminin qrupuna aid etmək olar. Onlarda digər mənşəli balın qatışıqları ola bilər. Belə ki günəbaxan balda bəzən qara yonca balı ilə qarışığı olur, tibbi bal isə xaşa balı ilə qarışdırılır. Praktiki olaraq az miqdarda bu cür qarışıqlar balın növünə təsir göstərmir. Çox vaxt satış balı müxtəlif bitkilərin qarışığından olur və poliflor bal (müxtəlif çiçəklərdən toplanmış) adlanır. Balı bəzən yığılan yer və ya ərazinin adına görə adlandırırlar. Məsələn, dağ, Gədəbəy, Lerik, meşə və s.. Balı, həmçinin təbii xüsusiyyətləri ilə səciyyələnən rənginə görə də seçirlər. Bu amilə görə bal üç qrup növə bölünür: açıq, rəngli və tünd bal növləri. Belə ki ağ akasiyadan alınan təzə bal sulu şəffaf, günəbaxandan alınan bal qızılı-sarımtıl, çəmən güllərindən olan bal açıq-yaşıl, yeməli şabalıddan olan bal isə tünd-şabalıdı rəngdə olur.
İnsan orqanizmi üçün ən faydalı bal tünd rəngli qrupa aid olan bal hesab olunur. Bu cür balın tərkibində çoxlu mineral və digər maddələr olur. Yalnız gəzəngi balının bəzi növlərinin özünəməxsus qoxusuna görə az tələbat olur.
Nektarın bala çevrilməsi hələ bal yığan arıların orqanizmində başlayır. Bitkilər və arı ailəsinin fizioloji fəaliyyəti prosesində digər maddələrlə qatışığı olan həddindən artıq doydurulmuş şəkər məhlulu alınır. Onların əksəriyyəti bitkilərin hüceyrələri, bəziləri arı orqanizmində yaranır, işləmə nəticəsində isə bir-birinə qarışır. Arılar mineral duzlar, ətirli maddələrin məhlulunu su və digər maddələrlə şanların mum qovuqcuqlarına daşıyır.
Güclü ailələrdə yığım zamanı çoxlu arı nəinki nektarın yığılması və daşınması, həmçinin pətəkdə onların işlənməsində də iştirak edir.
Bal hazırlanarkən arılar nektarı çevirir - suyu buxarlandırır, şanlarla qarışdırır və fermentlərlə onu işləyir. Nəticədə məhsulun kimyəvi tərkibi dəyişilir: o, asanlıqla həzm olunan, qatı və uzunmüddətli istifadə üçün yararlı olur. Nektarla yanaşı, yığan arıların bal çinədanına udlaq vəzilərindən çıxan fermentlər düşür. Məsələn, invertaza fermentinin təsiri altında nektarda olan qlükoza və meyvə şirəsinin tərkibini artıran qamış şəkərinin hidrolizinə (hissələrin ayrılmasına) səbəb olur.
Qəbuledici arılar nektarın işlənməsini davam etdirərək yığan arılardan nektar alır. Qəbuledici arılar şirin damcıları qovuqcuqlara daşıyır, lakin əvvəlcədən onları bir neçə dəfə boğaz çinədanından sorucu ağız aparatına buraxır və geri çəkir, nəticədə isə nektar fermentlərlə zənginləşir.