Nəzəri biliklərin qiymətləndirilməsi
Test 2
Sual 1. Üzə köpük layı yığılanadək balı neçə dərəcə Selsi temperaturda saxlamaq lazımdır?
A) 15 dərəcə Selsi;
B) 20 dərəcə Selsi;
C) 22 dərəcə Selsi;
D) 25 dərəcə Selsi.
Sual 2. Balın çökdürülməsi üçün neçə gün lazımdır?
A) 10-14;
B) 4;
C) 3;
D) 5.
Sual 3. Süzülmüş (tam yetişməyən) balın yetişməsi üçün neçə dərəcə Selsi temperatur lazımdır?
A) 20-25 dərəcə Selsi;
B) Müsbət 25-29 dərəcə Selsi;
C) Müsbət 26-30 dərəcə Selsi;
D) Müsbət 35-40 dərəcə Selsi.
Sual 4. Balın saxlanılması üçün qab hansı ağacdan olmalıdır?
A) Cökədən;
B) Dəmirağacdan;
C) Ağcaqovaqdan;
D) Şam ağacından.
Sual 5. Mumun tərkibində neçə kimyəvi birləşmə vardır?
A) 40;
B) 50;
C) 55;
D) 60.
Sual 6. Boş arı şanı nə vaxt çıxdaş edilir?
A) İyunda;
B) İyulda;
C) Qışda;
D) Payızda.