Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
1. Balın təmizlənməsi və qablaşdırılması qaydalarının öyrənilməsi
|
-
Süzülən balı mum qırıntıları və digər mexaniki hissələrdən təmizləyərək qablara yerləşdirin.
- Süzüləndən sonra üzünün təmizlənmə qaydalarını öyrənin.
- Tərkibində olan artıq faiz suyu buxarlandırmağın yolunu öyrənin.
- Balın nəmliyinin buxarlandırılması üsulunu öyrənin.
|
2. Balın emal və saxlanma qaydalarının öyrənilməsi |
-
Balın hansı qablarda saxlanılmasının səmərəli olmasına diqqət edin.
- Bal saxlanılan yerin temperatur, nisbi rütubəti və yerin quru, təmiz olmasına diqqət edin.
- Balın hansı şərait (temperatur və nəmişlik) və necə qablarda saxlamağını öyrənin.
- Bal süzümü ilə əlaqədar başa düşmədiklərinizi müəlliminizdən soruşun.
|
3. Mum xammalı və onun emalının öyrənilməsi |
- Mumun mürəkkəb kimyəvi maddə olması, istifadə olunan mumun arının istehsal etdiyi xammaldan alındığını öyrənin.
- Mumun istehsal qaydalarını öyrənin.
- Çıxdaş edilmiş şanlardan mumun əridilməsi və boş çərçivələrin dezinfeksiyasını öyrənin.
- Muməridən və mumsıxanla işləməyi öyrənin.
- Xammalın mumluluğunun müəyyənləşdirilməsini öyrənin.
- Mumun bişirilmə qaydasını öyrənin.
|