2.3.8. Mumun süzülməsi
Mum bişirildikdən sonra tam əridilmiş maye halında isti-isti süzgəcdən keçirilərək alüminium və ya minalanmış bir qaba süzülərək bir gün dinləndirilir (Şəkil 2.14). Ərinmiş mum suyun üzərinə çıxır, sonra isə donur. Bir gündən sonra qabdan çıxarılaraq hazır mum əldə edilir (Şəkil 2.15).
Sərbəst iş üçün tapşırıqlar
- Süzümdən sonra bal arıxanada saxlanıldığı təqdirdə məkanın sanitar normalara cavab verməsinə diqqət edin.
- Süzümdən sonra balın iri qablara doldurularaq üzünün təmizlənməsi və yetişdirilməsi qaydalarını öyrənin.
- Balın arıxanadan daşınma qaydalarına diqqət edin.
- Mumun arılar tərəfindən istehsalı, arıxanada emalı, saxlanma qaydalarını öyrənin və aranızda məşvərət aparın.
- Boş arı şanlarının saxlanma qaydasını öyrənin.
- Mumsıxanla mumun emalı, süzülməsi üsullarını öyrənin.
- Balın emalı və saxlanılması qaydalarını öyrənin.
- Süzümün çox məsuliyyətli bir iş olduğu nəzərə alınaraq balın müalicəvi vasitələrlə çirklənməməsinə diqqət edin.