Onu dirəkdə yerləşdirirlər. Onu gün ərzində bir neçə dəfə günəş olan istiqamətdə çevirmək lazımdır. Muməridəni çevirmək üçün onu mütləq oxlara birləşdirmək lazımdır. Bir-iki dəfə işləndikdən sonra muməridəni təmizləmək lazımdır. Tabaqda qalan ərintiləri yığır, yeşik və ya çəlləyi bərkitmək üçün istifadə edirlər. Günəş muməridənindən çıxan qalıq isə böyük arıxanalarda mumsıxanlar vasitəsilə yenidən emal edilir.
2.3.4. Mumsıxan vasitəsi ilə mumun emal olunması
Mum xammalının emalı arıxanada əsas üsullardan biridir. Boş arı şanının bişirilməsi üçün mumsıxan və çən lazımdır (Şəkil 2.12).
Mum xammalını əritmək üçün işi asanlaşdıran buxar muməridənindən istifadə edirlər. Qurumuş ağacları emal etməmişdən əvvəl onları ayırmaq lazımdır. Açıq rəngdə boş arı şanını tünd rəngdə olan boş arı şanından ayrı əridirlər, bu isə açıq şanın tam sıxılması və yüksək keyfiyyətli mumun əldə edilməsinə imkan verir. Mumun keyfiyyətini kəskin şəkildə aşağı salan bərəmumun mum xammalına düşməsinin qarşısını almaq lazımdır.
Bütün hallarda mum xammalının əridilməsi üç əməliyyatdan ibarətdir: mum xammalının bişirilməsi, onun sıxılması və mumun çökdürülməsi.
2.3.5. Mumun bişirilməsi
Günəş muməridənindən başqa, mumu digər qablarda da əritmək mümkündür. İlk növbədə, xammal bir gün ərzində soyuq suda isladılır. Sonra iri qazana bir miqdar su tökülür və çərçivələrdən azad olunmuş şanlar içərisinə yığılır. Qazanı od və ya qaz plitəsində qızdıraraq mumu yumşaq sıyıq hal alana kimi yaxşı bişirirlər. Bişirilmiş kütlənin qaynadılması 20-30 dəqiqə çəkir (Şəkil 2.13). Arıxanada çürümə xəstəlikləri olduğu təqdirdə süni şanın hazırlanması üçün mumun dezinfeksiya olunması üsulu ilə alınmış mumu dezinfeksiya etmək lazımdır.
Xammalın bişirilməsi üçün yalnız yumşaq su lazımdır - yağış və ya çay suyu. Quyu və su kəmərindən gələn sular yararsızdır (mumun çıxarılması azalır, keyfiyyəti isə aşağı düşür). Bişirmək üçün ən yaxşı alüminium və ya minalanmış qab hesab olunur. Dəmir, çuqun və mis qablar tamamilə yararsız sayılır, çünki bu metallar mumla reaksiyaya girir və onun keyfiyyətini tam pisləşdirir, bəzən də dəyərsiz edir.