Arı mumu uzun müddət saxlanılaraq öz tərkibini itirmir. Şanları əritdikdən sonra təmiz mum almaq mümkündür. Təmiz tərkibdə olan zaman temperatur, nəmişlik, oksigen onun üçün ziyanlı deyildir. Qeyd etmək lazımdır ki, təmiz tərkibdə saxlanılan arı mumuna mum güvəsi tərəfindən xəsarət törədilmir. Mum, adətən açıq-sarı rəngdə olur (Şəkil 2.10). Arıçılıqda istehsal edilən mumun yalnız 20 faizi sənayeyə verilir. Qalan 80 faizindən isə arıçılıqda süni şan istehsal etmək üçün istifadə edilir.
Gündə yaxşı işıqlanan ağ, sarı və açıq-sarı rəngli, sürfəsiz və balsız qurumuş ağaclardan 75-80 faiz mum (qurumuş ağacların ümumi çəkisindən) əritmək olar, dibi görünən, tünd-qəhvəyi və tünd rəngli, quru, sürfəsiz və balsız qurumuş ağaclar - 60-65 faiz mum, heç işıqlanmayan qara, quru sürfəsiz və balsız qurumuş ağaclardan - 40-45 faiz mum əritmək olar.
Qeyd: ağac dedikdə qurumuş şanlar nəzərdə tutulur.
Qurumuş ağacların tərkibində, yəni təmamilə qaralmış şanlarda 50 faiz mum olur. Bunun da tərkibinin 27 faizi ərinmiş, 23 faizi isə ərinməmiş maddələr olur.
Ərintidən sonra onlar arıxanada mumsıxanlarda emal olunur və ya mumun əldə edilməsi üçün güclü mumsıxanlar olan hazır yerlərə təhvil verilir.
Boş arı şanı, xüsusi ilə yayda çox qalmır. Ən yaxşısı çıxdaş edildikdən sonra dərhal onu əritmək lazımdır.
Boş arı şanını əsas yaz yoxlanışından və payızda yuvaları qışlamaya hazırladıqdan sonra çıxdaş edirlər.
Pətəkdən yığılan şanları növlərə görə ayırır və oradan ləğv edirlər: çox köhnə və yaxşı hörülməmiş şanlar, həmçinin çoxlu erkək arı qovuqcuqları olan, zədələnmiş, kiflənmiş sürfə ilə olan şanları.
Çıxdaş edilmiş çərçivələr şanların rənginə görə ayrılır, sonra isə onlardan şanlar kəsilir. Bu işə sərf olunan xərcləri azaltmaq üçün aşağıdakı üsuldan istifadə edirlər.
Qaynayan su ilə olan iki qazan hazırlayırlar. Şanlar qaynar suya salınır, orada sıyıq əmələ gəlir, çərçivə isə boşalır. Sonra isə şansız çərçivəni digər təmiz qaynayan su ilə olan qazana qoyun, orada isə çərçivə axıra kimi mum qırıntılarından boşalacaq. Bu üsulla çərçivə dezinfeksiya olunur və məftil qalır, çərçivələrin şanlanmasından əvvəl məftili bir az qaldırmaq lazımdır. İkinci qazanda su çirkləndikdə boş arı şanları çərçivə ilə birlikdə ora salınır, digər qazanın içindəkilər isə boşaldılır və yenidən təmiz su ilə doldurulur.
2.3.1. Boş arı şanlarının saxlanılması
Çərçivədən kəsilən boş arı şanlarını mum güvələrinin məhv etdiyi üçün uzunmüddətli saxlamaq olmaz. Nəm boş arı şanları kiflənə bilər, bu isə mum itkisinə gətirib çıxara bilər. Zərurət yarandıqda boş arı şanlarını kip bağlanmış yeşik və ya çəlləklərdə müvəqqəti saxlamaq olar.