Süd daşınmaları üçün istifadə olunan adi süd çənlərindən balın müvəqqəti saxlanması və daşınması üçün də istifadə etmək olar. Bal üçün ən uyğun qablaşdırma kip qapaqlı şüşə qablardır, litrlik və yarım-litrlik şüşə bankalardan istifadə mümkündür (Şəkil 2.7).
Balı müxtəlif temperaturlarda saxlamaq olar. Havanın ən yaxşı nisbi rütubəti 60 faizdir. Bal saxlamaq üçün yer quru və təmiz olmalıdır, kəskin qoxulu məhsullar və maddələri (neft, soğan və sair) orada saxlamaq olmaz, çünki bal qoxuları öz canına hopdura bilər. Sərgilərdə satış və reklam üçün dekorativ şüşə və çini qablardan da istifadə olunur (Şəkil 2.8 və Şəkil 2.9).
2.3. Mum
Mumun emalı, onun saxlanılması arıxanaların bir çox hissəsində aparılır. Balın saxlanılması üçün mövcud olan əlverişli imkanlara nisbətən mum xammalını arıxanada saxlamaq çox çətindir. Bu cür halda ziyanvericilər - mum güvəsi və siçandan qorunmaq üçün xüsusi şərait olmalıdır. Lazımi şərait olduqda mumun alınması üçün xammal emal olunur, mum isə öz növbəsində əlavə şərait olmadan da yaxşı qalır.