Çökdürücü qaba - qatılığına görə tədricən yayılan həcmli böyük çənlərə süzülmüş bal doldurulur (Şəkil 2.4). Mumun qırıntılarının kiçik hissələri yayılır, belə olduğu halda isə onları yığmaq asan olur. Bal çökdürücülərinin aşağısında az nəmliyi olan bal yığılır, balın yuxarı və aşağı laylarında olan suyun fərqi 2 faizə çata bilər. 20oC və daha yuxarı olan temperaturda bal 3 günə tamamilə çökdürülür.
Təzə süzülmüş (tam yetişməyən) balın yetişməsi üçün onu hündür səthi olan çökdürücülərə tökür və 35 -40oC temperaturu olan otaqda saxlayırlar. Bu cür şəraitdə bal artıq nəm verəcək, fermentlər isə şəkər və digər birləşmələrə öz təsirini göstərməyə davam edəcək.
Bal yetişən yeri yaxşı havalandırmaq lazımdır ki, ora quru hava keçsin.
Vannalarda olan balı gündə bir neçə dəfə qarışdırırlar, bu da, onun yetişməsini sürətləndirir. Balın nəmişliyi normaya çatdıqda onu çənlərə süzür və uzunmüddətli qalmaları üçün ağzını kip bağlayır və ya satış üçün balaca qaba süzürlər.
Çoxlu bal saxlamaq üçün ən yaxşısı taxta qablar hesab olunur. Çox vaxt 100 kiloqramlıq ağac çəlləklərdən istifadə olunur (Şəkil 2.5). Çəlləkləri isə cökə, fıstıq, çinar və digər növlü ağaclardan hazırlayırlar. Palıd ağacından olan çəlləklərdə bal qaralır, ağcaqovaqdan olan çəlləklər bala acılıq verir, iynəyarpaqlı növlü ağaclardan olan çəlləklər isə bala qatran ətri verir.
Çənlər yaxşı qurudulur və içəridən nazik lay parafinlə örtülür. Bunun üçün isti parafini çənə süzür və tez-tez hər tərəfə çevirir, artıq parafini süzürlər.
20 kiloqrama qədər həcmi olan yaxşı hazırlanmış müxtəlif taxta qablarda da balı saxlamaq olar (Şəkil 2.6). Yalnız bərkidikdən sonra balı yeşiklərdə aparmaq olar.