2. Arıçılıq məhsullarının emal olunması
Arıxanada nəinki bal emal olunur, hətta bəzi arıxana təsərrüfatlarında bir müddət saxlanılır. Balın saxlanılması şərtləri üçün məhsulun yerləşdiyi məkan sanitar normalar, həmçinin də bal üçün qab mütləq müəyyən tələblərə cavab verməlidir. Sadə anbarlarda temperaturun 10oC-dən yuxarı olmaması tövsiyə olunur, ancaq ən yaxşısı temperatur 0oC-dən 5oC-yə qədərdir (Şəkil 2.1). Qış aylarında havanın temperaturu sıfırdan aşağı olsa belə, bal üçün zərərli deyil. Belə olan halda onun bütün qiymətli xassələri tam saxlanılır.
2.1. Balın emal olunması
Balı süzgəc vasitəsi ilə balsüzəndən süzün. Süzgəcdə mum qapaqcıqları, arı sürfəsi və digər mexaniki hissələr qalır. İri müəssisələrdə balı xüsusi qurğu vasitəsi ilə süzgəcdən keçirirlər. Kiçik arıxanalar və ev şəraitində balı əlavə olaraq çökdürməyərək təmizləyin.
Üzə köpük layı yığılanadək 20oC temperaturda balı çökdürərək saxlayın. O, bal süzülərkən bala düşən kiçik hava köpüklərindən əmələ gəlir.
Bal çökdürülərkən köpük özü ilə birlikdə mum və digər bərk hissələri üzə çıxarır, onlar isə sonradan baldan yığılır.
Balın çökdürülməsini bir-iki həftə ərzində aparmaq məsləhətlidir.
Balın yetişdirilməsi - elə xüsusi texnoloji üsuldur ki, onun köməyi ilə bal vaxtından əvvəl süzülərsə, balı müəyyən dərəcəyə çatdırmaq mümkündür.
Güclü bal yığımı şəraitində, əsəsən də yığılan nektarın artırılması üçün kifayət qədər şan olmadıqda istehsalın azalmasının qarşısının alınması üçün çərçivələrin tez-tez yığılmasına zərurət yaranır. Belə olduğu halda duru bal ona xas olmayan şəkər nisbətinə uyğun süzülür, bundan başqa, onda nəinki nəmişlik, hətta qamış şəkərinin tərkibi artır.
Bu cür bal satış üçün yararsızdır, ona görə də onu yetişdirmək üçün arıxanada arıların iştirakı olmadan yaxşı havalanan, təmiz, quru yerdə havanın temperaturu 35oC-yə kimi olan yerdə saxlamaq lazımdır.