Sual 7. Hansı bal tez süzülür?
A) Yetişməmiş bal;
B) Yetişmiş bal;
C) Yarımyetişmiş bal;
D) Nektar balı.
Sual 8. Yaxıcılığına görə balın neçə növü olur?
A) 2 növü;
B) 4 növü;
C) 5 növü;
D) 3 növü.
Sual 9. Hansı məqsədlə arılar üçün bal saxlanılmalıdır?
A) Ehtiyat üçün;
B) Qışlama üçün;
C) Qonaq payı üçün;
D) Balalar üçün.
Sual 10. Yetişmiş balı necə tanımaq olar?
A) Şanı silkələdikdə axır;
B) Şanı silkələdikdə axmır;
C) Üfüqi tutanda axır;
D) Tez qıcqırır.
Sual 11. Balın möhürlərdən açılması və süzülməsi nə vaxt məqsədəuyğundur?
A) Arıların zəif işlədiyi vaxt;
B) Soyuq vaxtı;
C) Arıların fəal iş vaxtı;
D) İstənilən vaxt.
Sual 12. Hansı halda balın süzülməsi vaxtı şanlar dağılır?
A) Şanlar təzə olanda;
B) Şanlar köhnə olanda;
C) Balsüzənin oxunda əyrilik olanda;
D) Val sürətli fırlananda.
Sual 13. Süzüm zamanı soyumuş balı neçə dərəcə Selsiyə kimi qızdırmaq lazımdır?
A) 18-20 dərəcə Selsi;
B) 20-22 dərəcə Selsi;
C) 20-25 dərəcə Selsi;
D) 25-30 dərəcə Selsi.