Nəzəri biliklərin qiymətləndirilməsi
Test 1
Sual 1. Balın axıcılığı neçə dərəcə Selsi temperatur olduqda artır?
A) 14 dərəcə Selsi;
B) 25 dərəcə Selsi;
C) 20 dərəcə Selsi;
D) 30 dərəcə Selsi.
Sual 2. Hansı bal süzülmək üçün yararlıdır?
A) Yuvadan təzə çıxarılan bal;
B) Yuvadan nə vaxt isə çıxarılan bal;
C) Əhəmiyyəti yoxdur;
D) Arıçının istəyindən asılıdır.
Sual 3. Hansı balın yaxıcılığı çoxdur?
A) 18 faiz nəmişliyi olan;
B) 25 faiz nəmişliyi olan;
C) 26 faiz nəmişliyi olan;
D) 24 faiz nəmişliyi olan.
Sual 4. Yüksək keyfiyyətli balı hansı şanlardan əldə etmək olar?
A) Tünd rəngli şanlardan;
B) Möhürlənməmiş şanlardan;
C) Möhürlənmiş şanlardan;
D) Açıq rəngli şanlardan.
Sual 5. Suyun faizi nə qədər olanda bal duru hesab olunur?
A) 15 faiz;
B) 18 faiz;
C) 17 faiz;
D) 21 faizdən çox.
Sual 6. 18 faiz nəmişliyi olan yetişmiş balın 25 faiz nəmişliyi olan yetişməmiş bala nisbətən axıcılığı neçə dəfə çox olar?
A) 10 dəfə;
B) 5 dəfə;
C) 8 dəfə;
D) 7 dəfə.