Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
1. Bal süzümünə hazırlıq prosesinin öyrənilməsi
|
-
Qara rəngli şanlardan süzülən balın tünd rəngdə olması, nə səbəbə şəffaflığını itirməsini öyrənin.
- Yetişmiş balın xüsusiyyətlərini öyrənin.
- 18 faiz nəmliyi olan yetişmiş balla 25 faiz nəmliyi olan yetişməmiş balın axıcılığı arasındakı fərqi öyrənin.
|
2. Balsüzənlə işləməyi öyrənmək |
-
Süzüm üçün gətirilən çərçivələrin möhürlərinin açılmasını öyrənin.
- Xordal balsüzənlə işləməyin qaydalarını öyrənin.
- Radial elektik balsüzənin iş prinsiplərini öyrənin.
- Hər iki balsüzənlə işləməyin təhlükəsizlik qaydalarını mənimsəyərək birlikdə müzakirə edin.
|
3. Süzüm günü arıxanada son hazırlıq və ehtiyat tədbirlərinin görülməsi |
- Balın yetişməsinə diqqət edin.
- Arıların qış ehtiyatının yetişmiş bal olmasına diqqət edin.
- Çərçivələrin (şanların) hansı şəraitdə çıxarılmasına diqqət edin.
- Süzüm üçün bütün avadanlığın əl altında olmasını yoxlayın.
|
4. Süzüm prosesinin öyrənilməsi |
- Süzümə gedəcək çərçivələrin üzünün alınıb balsüzənə qoyulması və süzülməsini öyrənin.
- Valın hərəkətinin tarazlığının saxlanılmasına diqqət edin ki, şanlar zədələnməsin.
- Balsüzənin valındakı torların vaxtaşırı təmizlənməsinə diqqət edin.
- Süzüm zamanı təhlükəsizlik, gigiyena qaydalarına əməl etməyi unutmayın və bunu yoldaşlarınıza da məsləhət görün.
- Yeni şanların sınmaması üçün nələri bilməyin vacibliyinə diqqət edin.
|