Sərbəst iş üçün tapşırıqlar
Yüksək keyfiyyətli balın hansı şanlardan əldə etməyin mümkünlüyünə diqqət edin.
Yetişmiş balla yetişməmiş balın axıcılığı arasındakı fərqi müəyyən edin.
Balı süzülənə qədər süzümlə əlaqədar hansı proseslərin getdiyini öyrənin.
Xordal balsüzənlə süzüm aparmağın yollarını öyrənin.
Balın süzülməsi üçün radial elektrik balsüzənin işlədilmə qaydalarını öyrənin və bir-birinizlə fikir mübadiləsi aparın.
Balın hansı hava şəraitində süzməyin məqsədəuyğun olduğuna diqqət edin.
Süzümə veriləcək çərçivələri öncədən hazırlayın.
Bal süzümü zamanı yeni şanlı çərçivələrin süzülmə qaydasını öyrənin.
Süzmə prosesinin bütün incəliklərini öyrənin.
Yuxarı calaqda balın yetişmədiyini gördükdə lazım olan tədbirin görülməsini öyrənin.