Pətəyin yuxarı hissəsində möhürlənmiş qovuqcuqları olmayan pətəklərdən balı çıxartmayın. Saxlama zamanı o çürüyə bilər.
Şanlarda balın yetişdiyini müəyyən etmək üçün onu üfüqi istiqamətdə çevirmək və ya silkələmək lazımdır: kal bal bu halda axır, yetişmiş bal isə şanları silkələdikdə axmır.
Əgər güclü yığım zamanı balın calaqda yetişməməsi müəyyənləşdirildikdə calağın altında pətək gövdəsinin üzərinə 7-8 dolu hörülmüş şan və 2-3 dolu süni şan varsa, çərçivələrə ikinci calaq qoymaq lazımdır.
Yuxarı calaqdan bal çərçivələrini seçdikdən sonra ona 7-8 çərçivə hörülmüş şan və hörülməsi üçün 2-3 çərçivə süni şanın (Şəkil 1.9) lentlərini qoyun, sonra isə balın yetişməsi üçün calaqların yerlərini dəyişin: yuxarıda olanı aşağıya endirin, aşağıda olanı yuxarıya qaldırın.
Unutmayın ki, yığım zamanı arı ailələrinə şanların bərpası üçün iş vermək lazımdır. Bu zaman mum intensiv ifraz olunur. Bunun üçün süni şanı bərpası üçün qoyun.
Bəzi arıçılar əsas yığım zamanı mumun çıxarılması işini fərqli təşkil edirlər: bal süzüldükdən sonra calaq çərçivələrindən şanların aşağı hissəsi kəsilir, calağa biri digərindən sonra yerləşdirilərək 6 kəsilməmiş və 4 kəsilmiş şanlı çərçivə qoyulur.
Calaqdan balı seçin və onu süzmək üçün emalatxanaya göndərin və süzün (Şəkil 1.10). Sonra isə çalaqları baldan boşalmış şan və mum lenti çərçivələri ilə doldurun. Calaqları arıxanaya qaytarın.
Arıçı arı ailələrdən alınan məhsulun hesabını aparmalıdır.
Yığılmış balın çəkisini təxmini müəyyən edin, əlbəttə, çəkmək daha dəqiq olur (Şəkil 1.11). Bal süzüldükdən sonra seçilmiş bal çərçivələrini bir də çəkin, ailədən yığılmış balın miqdarını çəkidə olan fərq göstərəcək. Nəticələri dəftər, sonra isə ümumi cədvəldə qeyd edin.
Yuva çərçivələri seçilərkən onların ən yaxşıları, yəni yaxşı hörülənləri və yarıdan çoxu möhürlənmiş bal ilə dolu olanları yuvaların qışlaması və yazda arıların yem ehtiyatını təmin etmək üçün saxlayın.