Nəzəri biliklərin qiymətləndirilməsi
Test 7
Sual 1. Bioloji və təsərrüfat baxımından arı ailəsi nə deməkdir?
A) Ana, işçi arı və erkək arıdan ibarət bioloji vahid;
B) Ananın hökmranlıq etdiyi obyekt;
C) İşçi arıların bal yığdığı yer;
D) Bütün arıların yatdığı yer.
Sual 2. Arı ailəsində hansı fərdlər yaşayır?
A) Əsasən işçi arılar;
B) Ana və işçi arılar;
C) Ana və balaları;
D) Ana, işçi arı və erkək arı.
Sual 3. Arı ailəsində minimal və maksimal nə qədər arı yaşayır?
A) 40-60 min;
B) 20-100 min;
C) 40-80 min;
D) 30-70 min.
Sual 4. Yazda arıların neçə faizi çiçək tozu gətirə bilir?
A) 50 faiz;
B) 70 faiz;
C) 80 faiz;
D) 60 faiz.
Sual 5. Bal yığımı zamanı təxminən neçə faiz arı çiçək tozu toplayır?
A) 15 faiz;
B) 25 faiz;
C) 40 faiz;
D) 5 faiz.
Sual 6. Arı ailəsində temperatur (daim) neçə dərəcə Selsi olur?
A) 250 C;
B) 350 C;
C) 400C;
D) 300C.