Bu səbəbdən də arıxana ərazisində arılarla olan pətəklərin yerini dəyişmək və ya onları 3 kilometrə kimi yaxın məsafəyə köçürtmək olmaz. Adətən arıları 4 kilometr və ondan çox olan məsafəyə köçürürlər. Yeni yerdə alışana kimi arılar bələdləmə uçuşlarına yenidən başlayır.
Pətək içi vəzifələri:
00-03 gün: özünü təmizləyər, bəslənər, bala gözlərini təmizləyər;
03-06 gün: çiçək tozu (polen) və bal ilə yaşlı sürfələri bəsləyər;
05-15 gün: arı südü ifraz edərək ana arı sürfəsiylə gənc işçi arı sürfələrini bəsləyər;
12-18 gün: bal mumu ifraz edər, pətəyi təmizləyər;
18-20 gün: pətəyin uçuş dəliyi qarşısında və uçuş taxtası üzərində gözətçilik edər;
21-ci gün: artıq tarlaçı arıdır və pətək xaricində çiçək tozu, nektar, bərəmum (propolis) və su daşıyar.
İşçi arıların vəzifələri (Şəkil 7.7).
Şəkil 7.7. İşçi arıların vəzifələri