Ona görə də əsasən beçə ailələrində mayalanmamış yumurtaların sayını azaldaraq ailədə erkək arıların sayını tənzimləmək lazımdır.
Yüksək məhsuldarlıq və digər müsbət xüsusiyyətləri ilə fərqlənən ailələrdə erkək arıları damazlıq üçün saxlayırlar. Erkək arıların artıq sayını məhdudlaşdıran amillərdən biri də yuvanın sürfəli hissəsində arı qovuqcuqları ilə olan şanlardan istifadə etməkdir. Varroatoza yoluxan arıxanalarda yaz-yay vaxtı erkək arıların çıxarılması üçün bütün ailələrdə geniş qovuqcuqlar olmalıdır. Sistematik olaraq erkək arı sürfələri ilə olan gənələrin çıxarılması xəstəliyə qarşı effektiv vasitədir.
İşçi arılar - arı ailəsinin özülüdür, onlar praktiki olaraq ailənin həyat fəaliyyətini təmin edir. İşçi arılar cinsiyyət sistemi inkişaf etməyən dişi növlü arılardır, bu səbəbdən də onlar irs artırma xüsusiyyətini itirib. Onlar erkək arılarla cütləşmir. İşçi arıların geniş funksional fəaliyyəti digər orqanlarının inkişafı ilə təmin olunur. Məsələn, analara nisbətən işçi arıların sorucu ağız aparatı iki dəfə böyükdür, mumayırma vəziləri var, udlaqaltı vəzi yaxşı inkişaf edib, toz çiçəyi yığmaq üçün cüt ayaqların dizlərində səbətciklər var (Şəkil 7.6).
İşçi arılar döllü yumurtalardan meydana gəlir və yumurtlama xaricindəki bütün işləri edir. İşçi arılar 21 gündə inkişafını tamamlayır və 21 gün pətək içindəki vəzifələrini yerinə yetirdikdən sonra pətək xaricində çalışır. Ömürləri yaz ayında 40-60 gün, qış ayında isə 2-3 ay olur.
İşçi arının bədəninin uzunluğu 12-14 millimetr, çəkisi 85-110 milliqramdır. Beləliklə, orta hesabla 1 kiloqram çəkisi olan işçi arının ümumi sayı 10-12 minə kimi olur.
Yaşadıqları ilk 2-3 həftə ərzində qovuqcuqdan (doğulduqdan) çıxdıqdan sonra arılar pətəkdə aşağıdakı işləri görür: şanların qovuqcuqlarını təmizləyir, sürfələri istiləşdirir və süd verərək yemləyir. Tədricən arılar yeni iş növlərini yerinə yetirməyə başlayır: toz çiçəyindən nektar hazırlayır, şanları hörür, yuvanın ventilyasiyası və mühafizəsini təmin edir.
5-7 gündən başlayaraq gənc arılar gündüz qısamüddətli uçuşlar edir. Əlverişli hava şəraitində arılar yaşadıqları yerin səmtini müəyyən etməyi öyrənmək məqsədi ilə pətəyin yanı və ətrafında mehribancasına uçur. Tədricən onlar pətəklər arası gəzmədən qayıdacaqları yerdə refleks əmələ gəlir.