Ananın davamlı olmaması erkəkləşmiş anaların yumurta qoymasına səbəb ola bilər, nəticədə isə qozbel sürfə əmələ gəlir. Onların mayalanmamış yumurtalarından arı qovuqcuqlarında erkək arılar çıxır.
Əgər yuvada arı qovuqcuqlarında yumurta və ya gənc sürfələr varsa, kimsəsizləşmiş ailə özünə ana yetişdirə bilər. Arılar belə qovuqcuğu analığa çevirir, sürfələri isə südlə yemləməyə davam edir. Bu yolla alınan ana yeni ana adlanır. Yeni ana yetişdirə bilməyən ailəyə arıçı başqa ana qoymazsa, ailə öləcək.
Ailələr beçəverməyə hazırlaşaraq beçə analarını yetişdirir. Beçə uçduqdan sonra yuvada beçə ana yuvaları qalır, orada isə beçə anaları doğulacaq.
Erkək arılar - arı ailəsinin erkəkləri arılar arasında bədənlərinin iri ölçülərinə görə yaxşı seçilir. Onların uzunluğu 15-17 millimetr, arı fərddən asılı olaraq bədənin çəkisi 196-256 milliqramdır (Şəkil 7.4).
Hər bir ailə fərqli sayda erkək arılar yetişdirir: bir neçə yüzdən bir neçə minə kimi. Çox zəif ailə erkək arıları yetişdirmir. Erkək arılar mayalanmamış yumurtalardan inkişaf edir. Erkək arıların bioloji xüsusiyyəti ana arılarla cütləşməkdən ibarətdir, məhz cütləşmədən sonra ana diploid ailə üzvlərini dünyaya gətirmək gücündə olan yararlı dişiyə çevrilir.
Qovuqcuqdan çıxdıqdan (doğulduqdan) 10-12 gündən sonra arılar formalaşmış erkəklərə çevrilir. Ana axtarışında olan erkək arılar əlverişli hava şəraitində mütəmadi olaraq pətəklərdən uçur. Onların əksər hissəsindən yalnız az bir qismi cütləşmədə iştirak edir. Cütləşmədən sonra erkək arılar ölür (Şəkil 7.5). Yumurtaların mayalanmasından sonra ailənin dişi növünün inkişafı başlanır. Cütləşmək üçün erkək arılar müxtəlif məsafələrə uçur, çox vaxt isə pətəkdən 2-4 kilometr məsafəyə uzaqlaşır. Nadir hallarda erkək arılar cütləşmə uçuşunu 10-15 kilometrə kimi məsafəni qət edə bilər.
Şəkil 7.5. Ana arı ilə erkək arının çütləşmə davranışı
Havada azad cütləşmə güclü və sağlam arıların təbii seçimini təmin edir və praktiki olaraq yaxın qohumluq imkanlarını istisna etmir. Ana arılarla görüşməyən erkək arılar yuvaya qayıdır. Erkək arıların saxlanılmasına arı ailələri çoxlu yem sərf edir. Hesablanıb ki, hər min erkək arının ömrünün axırına kimi inkişaf etməsi və yemlənməsi üçün 7 kiloqram bal lazımdır.