Ana arı - arıların irsini artırır. Zahirən o, digər ailə üzvlərindən böyük bədən ölçüləri, xüsusən də uzunsov qarnı ilə fərqlənir. Ananın bədəninin uzunluğu 20-25 millimetrdir. Orta Rusiya növlü mayalanmamış anaların çəkisi 169-220 milliqram, mayalanmış anaların çəkisi isə 180-325 milliqramdır.
Ana digər xüsusiyyətləri yerinə yetirmək qabiliyyətini itirib, anada çiçək tozu səbətciyi yoxdur, işçi arıya nisbətən sorucu ağız aparatı iki dəfə qısadır, qarnında isə mumayıran vəzilər inkişaf etmir. Lakin yumurta qoyarkən ananın yüksək məhsuldarlığı olur: mövsüm ərzində ondan 150-200 min nəsil almaq mümkündür. Daxili orqanlardan anada cinsiyyət sistemi daha yaxşı inkişaf edib. Uzunsov qarnında iki yumurtalıq var, onların hər biri isə 120-200 yumurta borucuğundan ibarətdir. Ananın təbii yolla mayalanması onun gənc yaşında bir və ya bir neçə uçuş zamanı baş verir.
Ana analıqdan çıxdıqdan (doğulduqdan) 7 gün sonra cütləşə bilər. Bir çox halda ananın spermaqəbuledicisində 6-8 erkək arının sperması düşür, sperma isə ananın həyatının sonuna kimi öz yaşam xüsusiyyətlərini qoruyub saxlayır.
Erkək arılarla görüşmək üçün ana arı 1-2, bəzən də 5 kilometr və daha çox məsafəyə uçuşlar həyata keçirir (ananın 13 kilometr və daha çox məsafədə cütləşdikdən sonra pətəyə qayıtması halları müşahidə olunub). Əgər hər hansı bir səbəbdən bir ay ərzində ana cütləşməyibsə, o, cütləşmək xüsusiyyətini itirir və mayalanmamış qalır - mayalanmamış yumurtalar qoymağa başlayır ki, onlardan da erkək arılar çıxacaq.
Mayalandıqdan sonra təbii beçəvermə hallarından başqa, ana pətəkdən heç vaxt uçmur. Ana beçə ilə uçmağa hazırlaşarkən müvəqqəti olaraq yumurtalamağı dayandırır.
Mayalanmış ana az hərəkət edir, sürfəli şanlarda yumurta qoyaraq asta hərəkət edir. Ananın ətrafında ona qulluq edən arılar olur. Onlarla ana hətta ailədən kənarda (qəfəscikdə) 1520 gün, hətta bir ay ərzində yaşaya bilər. Ailədən tam uzaqlaşdırılan ana 2-3 həftədən sonra ölür.
Anaya yaxın olan ailə anadan arılar vasitəsi ilə ana maddə alır. Bu maddə işçi arıların fizioloji vəziyyətinə müsbət təsir göstərən spesifik birləşmələrdən ibarətdir. Ana maddə ailədə ananın olmasını hiss elətdirir.
Ana olmadıqda yarım saatdan dərhal sonra arılar hərəkətlərini dəyişir. Anasız ailədə olan arılar narahat olur (baxış keçirilərkən səs salır), yay fəallığı, xüsusi ilə çiçək tozu yığımı azalır, qovuqcuqlarda yumurtalar, sonra isə bütün sürfə azalır, şanların hörülməsi dayanır.