Arı ailəsi - işçi arı və anadan ibarət olan tam bioloji vahiddir. Bu, dişi fərdlərdir. Müvəqqəti olaraq yaz-yay vaxtının bir neçə ayı ərzində arı ailəsində gənc arılarla cütləşmək üçün doğulan erkək arılar yaşayır.
Həyatı zəruri sayılan şərtlərə onlar ümumi fəaliyyətlə nail olur: ailənin bütün üzvlərinin yaşaması və inkişafı üçün yuvada lazımi temperatur və nəmlik yaradır, yem ehtiyatı hazırlayır və yığır, hörmə işləri aparır, düşmən və xəstəliktörədicilərdən qorunur.
Anaların erkək arılarla cütləşdikdən sonra əsas fəaliyyəti yeni nəslin törəməsindən ibarətdir. Arı ailəsinə polimorfizm məxsusdur, yəni quruluş və yerinə yetirilən funksiyaları ilə fərqlənən üç fərd formasında olmalarıdır.
Ana ilə işçi arılar arasında vəzifə bölgüsü, analarda ayrı-ayrı orqanların ixtisaslaşdırılması səbəbindən arıların məhsuldarlığını artırır, məsələn, yumurtalıqlar, sorucu ağız aparatı, səbətcik, mumayıran vəzilərin olması.
Arı ailəsi yüksək məhsuldarlığa məxsusdur. İl ərzində qoyulmuş yumurtalardan 150-200 min fərd doğulur. Ona görə də damazlıq ana arıdan minlərlə yüksək məhsuldarlıqlı dişilər almaq olar ki, onlar da istifadə prosesində zəngin nəsil verəcək.
Arı ailələrinin bölünmək və yeni ailələr (mövsüm boyu bir neçə ailələr) yaratmaq xüsusiyyətləri var. Arı ailəsində daimi məlumat mübadiləsi aparılır, ona görə də arılar ananın itkisi, düşmən təhlükələri, yem mənbəyinin tapılması və digər amillərə tez reaksiya verir. Ailənin bu cür yaşam xüsusiyyətləri yaşayış şəraitinin yaxşılaşdırılması və ətraf mühitin xoşagəlməz hallarının qarşısının alınmasına imkan verir.
Arı ailələrinin fərdləri arasında konkret vəzifə bölgüsü aparılır. Belə ki, bitkilərin çox nektar ayırdığı vaxtlarda bütün funksiyalardan hissiyyat funksiyası daha çox özünü büruzə verir, o isə bal ehtiyatlarının hazırlanmasına istiqamətlənir. Ailə həyatında həm sürətli cütləşmə, həm də tam sakit vaxt olur.
Tələbatdan asılı olaraq ailə zülal yeminin - çiçək tozunun yığımını tənzimləyir. Yazda 80 faizdən çox arı çiçək tozu gətirə bilər, bal yığımı zamanı isə yalnız 5 faizə yaxın arı bu işlə məşğul olur. Arı ailəsi yuvada mikroiqlimi tənzimləyir. Bu baxımdan ailəni istiqanlı heyvanlarla müqayisə etmək olar, ayrı-ayrı arılar isə soyuqqanlı heyvanlara bənzəyir.
İlin soyuq mövsümündə arılar qaz mübadiləsi və istilik vermək sərfiyyatını azaldaraq pətəklərdə sıx yerləşir. İsti və istilik düşəndə havalandırma çoxalır, yuvada daim temperatur qorunub saxlanır (350 C).
Təsərrüfat baxımından həyat qabiliyyəti yüksək və daha faydalı güclü ailələr hesab olunur. Yazda güclü ailədən olan arılar 9-dan az olmayan standart şanın üzərinə yığılır. İşçi arıların fizioloji yükü, həmçinin onların güclü ailələrdə olan işləmək qabiliyyəti az olur, lakin onların məhsuldarlığı isə zəif ailələrə nisbətən yüksək olur.
Qışda yuvanın qızdırılmasına sərf olunan yem güclü ailələrin çəki vahidi hesabına görə azalır. Bu səbəbdən ailənin qorunub saxlanması arıçının əsas işinə çevrilib.
7.1. Ailənin tərkibi
Qeyd olunduğu kimi bal arısı ailəsində ana arı, erkək arı və işçi arılar keyfiyyətcə fərqlənir (Şəkil 7.3).