Nəzəri biliklərin qiymətləndirilməsi
Test 6
Sual 1. Arı cinsləri və populyasiyası nəyin təsiri altında yaranıb?
A) Təbii şərait - iqlim, yem bazası, bal yığımının;
B) İqlimin;
C) Yem bazasının;
D) Bal yığımının.
Sual 2. Ən çox yayılmış arı cinsləri hansılardır?
A) Orta Rusiya;
B) Karpat;
C) Ukrayna çöl;
D) İtaliya, Bozdağ Qafqaz.
Sual 3. İtaliya cinsi neçə ölkədə yayılıb?
A) 40;
B) 50;
C) 60;
D) 45.
Sual 4. Bozdağ Qafqaz cinsi neçə ölkədə yayılıb?
A) 30;
B) 35;
C) 40;
D) 45.
Sual 5. Hansı cins bizim bölgəyə daha uyğundur?
A) İtaliya;
B) Bozdağ Qafqaz;
C) Orta Rusiya;
D) Ukrayna çöl.
Sual 6. Bozdağ Qafqaz cinsinin Meqrel populyasiyasının sorucu ağız aparatı neçə millimetrdir?
A) 7,1-7,2 millimetr;
B) 7 millimetr;
C) 6,5 millimetr;
D) 7,5 millimetr.