Ananın yüksək “yumurta qoyması” yumurtalıqda olan yumurta borularından asılıdır. Onlar nə qədər çox olarsa, arıların “yumurta qoyması” bir o qədər də yüksək olar. Karpat cinsindən olan eyni analar iyun ayında bir gündən bir 1200 və 2400 və ya iki dəfə çox yumurta qoyur. Nə qədər çox yumurta qoyulsa, bir o qədər də çox arı doğulacaq. Əgər bu cins analarda digər ana arılarına nisbətən nektarı çox yığmaq xüsusiyyəti varsa, nəticədə bu cür ailələrdə bal yığımı artacaq.
Yaxşılaşdırıcı ana ilə olan seçilmiş ən məhsuldar ailənin bir neçə il ərzində fərdi hesabatı aparılır, faydalı xüsusiyyətlərinin müəyyən edilməsi üçün şərait yaradılır. Əgər ailə onun qiymətləndirilməsi üçün müəyyən olunmuş meyarlara cavab verirsə, ondan qızlar alınır, ən yaxşı qızdan isə ana qız nəvəsi alınır. Ana ailələrə yerləşdirilir və onun “yumurta qoyması” yoxlanılır. Əgər yüksək “yumurta qoyma” xüsusiyyəti bir çox digər amillə birgə nəvələrə keçibsə, onda cinsin ana banisindən daha çox ana doğulur, eyni zamanda onlar, ilk növbədə sürfələr saxlandığı arıxanalar və rayon damazlıq arıxanalara artırılması üçün satılır. Ana banisindən hər il maksimal sayda damazlıq analar alınaraq 4-5 il ərzində onlar saxlanılır.
Rekordçu ailələrin geniş yerdə axtarışı yumurta qoymasına görə ən yaxşı anaları yetişdirməyə imkan verir, bu xüsusiyyət isə analara irsən keçir. Anaların göstəriciləri müəyyən olunmuş tələblərə görə ciddi şəkildə yoxlanılır və əvvəlcədən qazanılmış hər hansı bir xüsusiyyətinin müəyyən hissəsini itirən analar dərhal çıxdaş olunur.
Təcrübəli seleksioner ananı irsiliyə görə yoxlamaqla fərdi seleksiyanı elmi-tədqiqat müəssisələrində aparır. Xüsusi ilə bu məqsədlə ana arılarının banisinin xətti ilə olan qız, nəvə və nəvələrin qızları üçün arıxanalarla olan yaxşı təchiz olunmuş seleksion laboratoriyalar yaradılır.
Seleksion-damazlıq işində xətti seleksiyaya böyük yer ayrılır, bu seleksiya zamanı çoxlu arı ailələrinin içindən əvvəl rekordçu analarla olan ailə, sonra isə yaxşılaşdırıcı analarla olan ailələr seçilir. Xətti seleksiyanı uzun müddət ərzində seleksiya olunmuş ana ilə aparırlar. Alınan damazlıq materialı müxtəlif iqlim, bal yığımı və təsərrüfat şəraitlərində sınaqdan keçirirlər. Müxtəlif şəraitdə irsiliyinə görə sınaqdan yüksək balla keçən seleksion xətti ilə alınan analar reproduksiyaya göndərilir.
Hibridləşdirmə (cütləşmə)
Arı analarının müxtəlif cinsləri, cins qrupları və xətləri öz aralarında cütləşə bilər və mələzli irs verə bilər. Arı analarının ayrı-ayrı cinslər, qruplar və xətlərdən olan ailələrə nisbətən mələzli irsin əksər hissəsinin məhsuldarlığı yüksək olur. Buna baxmayaraq, hibridlərdə irsilik tam formalaşmayıb, onlar ətraf mühitin dəyişikliklərinə çox həssasdır. Ona görə də hibridləşmə mürəkkəb işdir, onu elmi müəssisələr aparır.
Autbred hibridləri bir cinsdən olan ana xətlərinin bir-biri ilə cütləşməsi nəticəsində alınır. Ana arılarının autbred cinsinin alınması üçün analarının əvvəlki xətlərinin seçilməsi vacibdir. Bunun üçün ayrı-ayrı yerlərdə analarla eyni xətdən olan erkək arılar cütləşdirilir.
Autbred hibridlərinin əlamətləri ikinci və növbəti nəsildə qorunub saxlanılır, bu isə gələcəkdə bal yığımının artırılması üçün çox vacibdir.