Seçim və seçilmə
Seçim və seçilmə məsələsinin seleksiya işində mühüm yeri var. Müəyyən cinsin əlamətlərinə cavab verən güclü yüksək məhsuldarlığı olan ailələri seçirlər. Kütləvi və fərdi seçimdən istifadə olunur. Kütləvi seçim yüksək məhsuldarlıqlı ailələr damazlığın nüvəsinə yığılmaqla bütün arıxanalarda aparılır, fərdi seçim isə yalnız damazlıq arıxanalarda tətbiq olunur.
Seçim zamanı nəzərdə tutulan nəsli almaq üçün ana və valideyn ailələrindən istifadə olunur. 1 ana ailəsinə 5-dən az olmayaraq valideyn ailəsi lazımdır. Oxşar seçilmə tətbiq olunur. Oxşar seçilmə zamanı seçilmiş ana arı cinslərini təkmilləşdirir və təmiz saxlayırlar. Fərqli seçilmə zamanı isə nəsildə ayrı-ayrı cinslərin faydalı xüsusiyyətlərini birləşdirirlər. Əvvəl faydalı, sonra isə oxşar seçilmə, sonra isə onlardan ayrı-ayrılıqda istifadə edirlər.
6.9.1. Seleksiya işinin aparılması üçün şərtlər
Arı ailəsinin xüsusiyyətləri ondan yaradılmış yeni ailəyə irsən keçir. Fərdlərin inkişafında, əsasən sürfələrinin saxlanma və yemlənmə şərtlərinin istiqamətli təsirinin böyük yeri var. Ona görə də seleksiya işini düzgün qurmaq üçün əsas materialı seçmək və daimi arı ailələrini lazımi saxlama şəraiti ilə təmin etmək vacibdir. Əsas materialı seçmək üçün anaları irsiliyə görə qiymətləndirərək təhlili seleksiya aparmaq lazımdır.
Damazlıq arıxanalarda əlverişli saxlama şəraiti yaradılmalı, satış arıxanalarında isə damazlıq nüvəsi üçün saxlama şəraiti yaradılmalıdır: ailələri çoxlu yem ehtiyatı, bal yığımı mənbələri ilə təmin edir, böyük pətəklərdə saxlayır, elektron-hesablama texnikasından istifadə edərək lazımi istehsalın nəzarət və damazlıq hesabını aparırlar.
Arı ailələrinin qiymətləndirilməsi
Qiymətləndirmə - ari ailəsinin bütün xüsusiyyətlərinə görə, ilk növbədə bal məhsuldarlığı, ailənin gücü, qışa davamlılığına görə arı ailələrinin damazlıq keyfiyyətlərinin qiymətləndirilməsidir (1-dən 5-ə kimi balla).
Arı ailələri hər il payızda arıxananın əsas yoxlanışı zamanı qiymətləndirilir. Damazlıq nüvəsindən olan arı ailələri qiymətləndirilir. Qiymətləndirmə materiallarına görə ana və erkək arıların çıxarılması, beçə və damazlıq ailələrin yaradılması üçün istifadə olunan arı ailələrinin seleksion qrupu seçilir.
6.9.2. Arıçılıqda seleksiya üsulları
Seleksiyanın 2 növü var: kütləvi və fərdi seleksiya. Məhz bu üsullarla arıların xüsusiyyətləri təkmilləşdirilir.
Kütləvi seleksiyanı qarışığı olmayan arı cinsləri ilə aparırlar. Ondan istifadə edərkən hər il arı ailəsinin məhsuldarlığını artırmaq mümkündür. Damazlıq arıxanalarda olan məhsuldar ailələri damazlıq nüvəsinə ayırmaq lazımdır.
Kütləvi seleksiya təşkil olunarkən yerli iqlim və bal yığımı şəraiti öyrənilir, saxlanılan cinsin yerli iqlim növünə uyğunluğu müəyyənləşdirilir, lazımi istehsal-nəzarət və damazlıq hesabı aparılır, arı ailəsinin qiymətləndirilməsi üçün meyarlar müəyyənləşdirilir. Əgər cins nəzərdə tutulan tələblərə cavab vermir və ya arıxanada mələzli arılardan istifadə olunursa, onda yeni cinslər gətirilir və onlarla kütləvi seleksiya işi aparılır.